İran həbs edilən Azərbaycan vətəndaşları barədə məlumat vermir - XİN rəsmisi
İran saxlanılan və həbs edilən əksər Azərbaycan vətəndaşları barədə məlumat təqdim etmir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarının Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində bildirib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına əksər hallarda ölkənin İrandakı diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.
"Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir", - XİN-in sözçüsü diqqətə çatdırıb.
Digər Xəbərlər
26 Avqust 2026 08:55
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
25 Avqust 2026 22:00
Putin Mehriban Əliyevanı təbrik etdi
25 Avqust 2026 19:06
Azərbaycan və Ermənistan xalqları ən yaxşı sülhməramlılardır - Paşinyan
25 Avqust 2026 16:50
Prezidentdən Dövlət Bayrağı Meydanı ilə bağlı QƏRAR
25 Avqust 2026 16:40
Formula 1 yarışına gələnlərə viza güzəşti – Prezidentdən SƏRƏNCAM
25 Avqust 2026 16:19
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Avqust 2026 15:11
“Xocalı qatilinin həbs olunması Azərbaycan ictimaiyyəti üçün..."
25 Avqust 2026 13:32


Bakı -°C

