"İran Ermənistan və Azərbaycan sərhədlərinə öz müşahidəçilərini göndərməyə hazırdır"
İran Ermənistan və Azərbaycan sərhədlərinə öz müşahidəçilərini göndərməyə hazırdır.
Adalet.az İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.
Onun sözlərinə görə, Tehran Qafqaz regionunda gərginliyin azaldılmasına töhfə verməyə hazırdır.
İranın Ermənistan və Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazır olduğunu bildirən Baqiri vurğulayıb ki, heç bir ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinin arxasında heç bir hücumçu niyyət olmamalıdır.
Bölgədə sülh və əmin-amanlıq bütün ölkələrin maraqlarına uyğundur və regionda təhlükəsizliyi region ölkələri təmin etməlidir və regiondankənar qüvvələrin mövcudluğu sülhə ziddir”.
ABŞ-ın Ermənistandakı son hərbi təlimlərinə toxunan general Baqiri bildirib ki, regiondankənar qüvvələrin mövcudluğu qeyri-sabitliyə səbəb olacaq.
Digər Xəbərlər
29 Sentyabr 2026 00:01
İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
28 Sentyabr 2026 21:15
"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan
28 Sentyabr 2026 20:00
Bu ölkədən Rusiya və Belarusla bağlı sərt qərar
28 Sentyabr 2026 19:20
Rusiyada pirotexnika zavodunda partlayış
28 Sentyabr 2026 19:00
İmran Xana azadlığı üçün razılaşma təklif edilib?
28 Sentyabr 2026 18:55
Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb
28 Sentyabr 2026 18:00
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
28 Sentyabr 2026 17:37


Bakı -°C

