adalet.az header logo
  • Bakı -°C
30 Iyul 2026 18:14
72
DÜNYA
A- A+

İran ABŞ-ın üç F-35-ni vurdu

İranın İordaniyadakı “Əl-Əzraq” aviabazasına endirdiyi zərbə nəticəsində ABŞ-ın 3 ədəd F-35 təyyarəsi məhv edilib.

Adalet.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

SEPAH ABŞ-ın Qeşm adasına endirdiyi və iki valideynlə övladının həlak olduğu zərbəyə cavab olaraq, İordaniyadakı “Əl-Əzraq” aviabazasına hücum etdiyi bildirilib.

Məlumata görə, ABŞ-ın F-35 qırıcılarının yerləşdiyi aviabazadakı perron və texniki xidmət anqarı bir neçə ballistik raketlə hədəfə alınıb.

Hücum nəticəsində üç F-35 qırıcısı tamamilə məhv edilib, daha üç təyyarəyə isə ciddi ziyan dəyib.

Bəyanatda həmçinin bildirilib ki, hücum zamanı amerikalı zabitlər və texniki xidmət heyətinin üzvləri də öldürülüb.