Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur
Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına ünvanlanmış ekstradisiya sorğusu və beynəlxalq müqavilələrin tələblərinə uyğun təqdim edilmiş sənədlər əsasında Əlağa Məzahir oğlu İsmayılovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlar əsasında Ə.İsmayılovun Azərbaycanın cinayət qanunu ilə nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək İnterpolun Milli Mərkəzi Bürosunun vasitəçiliyi ilə beynəlxalq axtarış elan edilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin olunub.
Hazırda şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, bununla da son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 10:22
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13


Bakı -°C

