adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Yanvar 2018 17:28
19457
SİYASƏT

İqtisadi-siyasi əhəmiyyətli layihə

Tanınmış ekspertAzər Həsrət Facebook sosial şəbəkəsində Naxçıvan-Məşhəd (İran) sürət qatarı iləbağlı status yazıb. Suallarla dolu statusda ekspert təkliflə çıxış edib: "Anlamıram,nə zərurət var buna? Məşhəd haradır ki, elə ora ayrıca qatar işləsin? Niyə,misal üçün Bakı-Dərbənd, Bakı-Təbriz, Bakı-Ankara, lap elə Bakı-Astana,Bakı-Kazan deyil də, Naxçıvan-Məşhəd marşrutu belə matah olur? Bəlkə bu dəmiryolişlərimizin müdiri elə birbaşa Bakı-Qum (İran) marşrutuna sürət qatarı buraxıbməsələni kökündən həll eləsin, hə? Vallah, bir yanda Bakıdan Qarsa zülmlə bir xəttçəkirik, o yandan da biri durub milləti cəhalət marşrutu üzrə səyahətə həvəsləndirir.Bakı-Qarsı uzatmaq lazımdır”

Sözügedənstatusda maraqlı şərhlər var. Facebook istifadəçilərindən biri Azər Həsrətəmaraqlı sualla müraciət edib: "Məşədə Azərbaycandan siz bilirsiniz ayda nə qədərmaşın keçir? Onu bilsəniz onda bilərsinizniyə Məşəd deyilir”. Həmçinin qeydolunub ki, Məşəd şəhərində İmam Rzanın ziyarətgahı var: "Məşədə dünyada olanmüsəlmanlar axışır. İztiham olur”.




Məsləyəmünasibət bildirən politoloq Nəzakət Məmmədova qeyd edib ki, bu qatarın fəaliyyətəbaşlaması iki ölkə arasında olan iqtisadi və siyasi münasibətləri daha dainkişaf etdirəcək. Onun sözlərinə görə, bu layihənin dini yox iqtisadi-siyasimahiyəti olduqca böyükdür.






İqtisadçıekspert Qadir İbrahimli deyib ki, məsələyə dini konteksdən yanaşmaq absurtdur.Onun sözlərinə görə, Naxçıvan-Məşhəd(İran) sürət qatarı olduqca ciddi layihədir. Ekspert onu da bildirib ki, bu həm Azərbaycan həm İran üçün iqtisadi cəhətdənsəmərəlidir: "Beləbir layihəin reallaşdırılması İranla ticarət əlaqələrinin daha da inkişaf etməsinəgətirib çıxaracaq. Eyni zamanda bildiyiniz kimi hazırda avtomobil və digər nəqliyyatvasitələri ilə daşınan yüklər olduqca baha başa gəlir. Ancaq dəmir yolu iləyüklərin daşınması ucuzdur. Bu baxımdan sözügedən dəmir yolu ilə həm yüklərinhəm sərnişinlərin daşınması iqtisadi səmərə gətirəcək”.




Bütöv AzərbaycanXalq Cəbhəsi Partiyasının sədr müavini NiyaməddinOrduxanlı isə qeyd edib ki, Azərbaycanla İran arasında dəmiryol xəttinin olmasısiyasi və iqtisadi baxımdan önəmlidir: "Hər iki dövlətin iqtisadi maraqlarınacavab verir. Yalnız İranın Məşhəd şəhəri deyil, digər böyük şəhərlərlə də, məsələn,Bakı-Təbriz dəmir yolu xəttinin olması və s. əlaqələrin qurulması lazımdır.Deyilənə görə, yanvarın 11-dən Naxçıvan-Məşhəd (İran) sürət qatarı işə düşəcək.Ehtimal etmək olar ki, Məşəd şəhəri daha çox ziyarət olduğu üçün məhz bumarşurut seçilib. Buna haradasa dini çalarda vermək olar. Ancaq qeyd etdiyimkimi, İranın digər böyük şəhərləri ilə də, xüsusən də Cənubi Azərbaycanın böyükşəhərlərinə də dəmiryollu xətti qurulmalıdır. Bilirsiniz ki, 2017-ci ildə çox əhəmiyyətliBakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı oldu. Azərbaycan, Gürcüstan vəTürkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolununaçılışı və istifadəyə verilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindənbiridir. Bakı-Tiflis-Qars layihəsi Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyivə təbii ki, Gürcüstanın da iştirakı nəticəsində reallığa çevrildi. Bu hadisəninən böyük tarixi anlamı iki qardaş dövləti – Azərbaycan və Türkiyəni birləşdirməsindədir.Bakı-Tiflis- Qars dəmir yol xətti Azərbaycan dövlətinin tarixi uğuru və gələcəknəsillərə töhfəsidir. Dəmiryollu xətinin inkişafı önəmli bir sahədir”.



AĞPartiyasının sədri Tural Abbaslı qeyd edib ki, müasiraləmdə nəqliyyat xəttlərinə ancaq bir dar çərçivədən baxmaq doğru deyil: "Əgər bu sürət qatarında ancaq dini ziyarətəgedənlər hərəkət edə bilər deyə bir qayda qoyulmayıbsa o zaman bu fikir bir azmübaliğədir. Dövlətlərarası komunikasiya xəttlərinin artması vəyaxşılaşdırılması tək sosial-mədəni deyil, həm də ilk növbədə iqtisadi vəticari əlaqələri inkişaf etdirir. Həm də nəzərə alsaq ki, Azərbaycanın coğrafimövqeyi onu tranzit ölkə kimi çox strateji mövqelərə daşıyır o zaman istənilənnəqliyyat xəttlərinin artması ancaq bizim maraqlara xidmət etdiyini görərik. Yənidüşünürəm ki, belə ıayihələrə daha geniş çərçivədən baxmağı bacarmaq lazımdır”.



İqtisadçı ekspert Fikrət Yusifov vurğulayıb ki,Naxçıvan Məşhəd dəmryolu ilə sərnişin daşınmasını təkcə dini amillə əlaqələndirməkolmaz: "Məşhədə getmək istəyində olanadamlar onsuz da başqa nəqliyyat vasitələri ilə bu ziyarəti həyata keçirirlər.Nəzərə almaq lazımdır ki, Naxçıvandan İranın şərqində, Əfqanstanla sərhəddəyaxında yerləşən Məşhəd şəhərinə qədər uzanan bu dəmir yolu xətti İranınonlarla şəhərlərindən və digər yaşayış məntəqələrindən keçib gedəcək. Ona görədə bu marşurutla kimlərinsə İrana getməsi o demək deyil ki, o adamlar mütləq Məşhədşəhərinə ziyarətə gedəcəklər”.



Adalet.az Azər Həsrətinözü ilə əlaqə saxlayıb məsələyə dair fikirlərini öyrənib. Ekspert fikirlərini belə ifadə edib: "Demək istədiyimodur ki, bu qədər uzaq məsafəyə marşrut açmağın çox ciddi bir əsası olmalıdır.İqtisadi, ticari, yaxud da ki, insanların qohumluq əlaqələri və s. kimi. Məşhədməsələsində bunların heç bir yoxdur və ya effektiv deyil. Təbrizə yol açılsaydıbunu anlardıq. Çünki Azərbaycan torpağıdır, öz millətimizdir, üstəlik də ticarətüçün yaxın və əlverişlidir. Məni narahat edən odur ki, Naxçıvan-Məşhəd marşrutusadəcə bir dini marşrut kimi populyarlaşacaq. Mən, əlbəttə, dindarların buziyarətlərinə qarşı deyiləm. Hər kəs öz seçimində azaddır. Amma bir şey var ki,o marşrut bizim gənclərimizi daim Azərbaycana qarşı təxribatlarda adı hallananQuma yaxınlaşdıracaq. Yəni Qum üçün cəlbetmə baxımındanMəşhəd marşrutu əleyhimizə işləyəcək.Ona görə də bunu dövlətimizə ziyanlısayıram”.


ƏdilƏdilzadə