İqlimin insan bədəninin böyüklüyünə təsiri
Təkamül araşdırmaçılarının yeni yayınladıqları bir araşdırma olduqca səs-küyə səbəb oldu. Elm insanlarının etdiyi yeni kəşf iqlim şərtlərinin insanın bədən və beyin böyüklüyü üzərində təsirinin olduğunu ortaya çıxartdı.
İngiltərədəki Kambric Universiteti ilə Almaniyadakı Tübingen Universitetinin apardığı araşdırma istilik, yağış miqdarı kimi iqlim elementlərinin insanın bədən quruluşunun formalaşmasında böyük bir rol oynadığını göstərdi.
Araşdırmaçılar soyuq iqlimlərdə yaşayanların bədən ölçülərinin daha böyük, isti iqlimlərdə isə daha kiçik olduğu nəticəsinə gəliblər.
Bu araşdırma əcdadlarımız hesab olunan Homo Sapienslərin aid olduğu Homo genus ailəsindən 300-dən çox insan fosilinin məlumatlarına əsaslanır.
Şimal Qütbündə yaşayan qütb ayılarının daha isti bölgələrdə yaşayan qəhvəyi ayılara nisbətdə daha ağır olması da buna bir örnəkdir.
Eminquey