"İqlim məsələləri ilə bağlı bütün ölkələr səylərini birləşdirməlidir" - Sadır Japarov
Qırğızıstan Prezidenti Sadır Japarov iqlim böhranının kəskinləşməsi fonunda dünya birliyini əlaqələndirilmiş və yaxşı maliyyələşdirilən iqlim fəaliyyətinə çağırıb.
Adalet.az xəbər verir ki, o, bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
S.Japarovun sözlərinə görə, yalnız koordinasiyalı iş Paris Sazişinin məqsədlərinə çatmağa kömək edəcək.
"İqlim məsələləri ilə bağlı bütün ölkələr kiminləsə ikitərəfli münasibətlərindən asılı olmayaraq səylərini birləşdirməlidir. Biz iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin erkən qəbulunu dəstəkləyirik, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə yardımın həcmini 2 trilyon ABŞ dollarına qədər artırmağa və bu maliyyə vəsaitinə asan çıxışı təmin etməyə çağırırıq", - o bildirib.
S.Japarov xatırladıb ki, Qırğızıstan xarici borcun davamlı və yaşıl inkişaf layihələrinə dəyişdirilməsi mexanizmi ilə bağlı təşəbbüs irəli sürüb. "Qırğızıstan bərpa olunan enerji sahəsində bir sıra layihələr həyata keçirir. Biz qonşu ölkələrlə birlikdə regionda ən böyük “Kambarata” SES-in tikintisi layihəsinə başlamışıq", - o qeyd edib.
Qırğızıstan lideri həmçinin buzlaqların intensiv əriməsi, səhralaşma və su ehtiyatlarının azalması fonunda su resurslarından səmərəli istifadənin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, su ehtiyatlarının hər il azalması energetika, təhlükəsizlik, iqtisadiyyat və s. sahələrə mənfi təsir göstərir.
Digər Xəbərlər
26 Sentyabr 2026 16:28
Prezident Məhəmməd Ben Sulayem ilə görüşdü
26 Sentyabr 2026 16:26
Bakı Forumu iqtisadi cəlbediciliyin göstəricisidir
26 Sentyabr 2026 13:56
Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından - Görüntülər
26 Sentyabr 2026 13:49
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
26 Sentyabr 2026 13:47
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
26 Sentyabr 2026 13:42
Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı
26 Sentyabr 2026 12:39
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
26 Sentyabr 2026 11:38


Bakı -°C

