İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Adalet.az xəbər verir ki, qanuna əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
- 279.0.1-ci maddədən “, qaza və enerjiyə qənaət sistemlərində” sözləri çıxarılsın.
- 279.0.2 – 279.0.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“279.0.2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş enerji auditinin aparılması ilə bağlı tələblərin pozulmasına;
279.0.3. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq enerji idarəçisinin (menecerinin) təyin edilməməsinə;
279.0.4. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün müəyyən edilmiş enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərin yerinə yetirilməməsinə;”.
- 279.0.5-ci maddə ləğv edilsin.
Digər Xəbərlər
23 Oktyabr 2025 17:10 Bu televiziyalara ayrılan vəsait azalır
23 Oktyabr 2025 17:03 Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq
23 Oktyabr 2025 14:03 XEYRƏDDİN QOCA RAMİZ MEHDİYEVƏ NƏ DEDİ?
23 Oktyabr 2025 13:56 Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqləndi
23 Oktyabr 2025 13:06 Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verdi
23 Oktyabr 2025 13:04 "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi
23 Oktyabr 2025 13:03 Emal edilməmiş almazın daşınma qaydası müəyyənləşdi
23 Oktyabr 2025 13:02 

Bakı -°C 






