İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.
Təklif edilən dəyişikliyə əsasən, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına (həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla) şamil edilməyəcək. Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu qanunda göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınacaq və həmin səhmlər yerləşdirilmiş hesab ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Nicat Novruzoğlu
Digər Xəbərlər
08 Iyun 2026 16:36
“Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib - FOTOLAR
08 Iyun 2026 10:57
Azərbaycanın dövlət büdcəsinin gəlirləri açıqlandı - RƏQƏMLƏR
05 Iyun 2026 10:41
Qızıl və gümüş ucuzlaşdı
05 Iyun 2026 09:16
“Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi...”
04 Iyun 2026 21:30
“Bitkoin”in qiyməti düşdü
03 Iyun 2026 13:34
“Azərbaycanın ən böyük üstünlüklərindən biri məhz bu 4-cü şərtə...”
03 Iyun 2026 12:53
5 ildə məcburi köçkünlərin sosial müdafiəsi üçün bu qədər vəsait ayrılıb
03 Iyun 2026 12:28


Bakı -°C

