"İntizamsızlıq sözü heç yerində deyildi" - MM sədri
"Azərbaycanda dövlət maliyyə nəzarəti acınacalıq vəziyyətdədir kimi cümləni qəbul etmirik. Hesab edirəm ki, bu, görülən işləri ya görməməzlikdən, ya da üzərindən xətt çəkməkdən ibarətdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, təkcə maliyyə auditi sahəsində keçən il tapılan pozuntuların ümumi aparılan maliyyə auditi həcminə nisbəti 9,7 faizdir: "2022-ci ildə bu nisbət 20,4 faiz olub. Biz 20,4%-dən 9,7%-ə qədər nisbəti azaltmışıq. O deməkdir ki, aparılan işlər nəticəsində Azərbaycanda maliyyə intizamı güclənir. Aparılan tədbirlər öz effektini verir. Maliyyə intizamı nəzarət olduqca güclənir".
Milli Məclisin sədri Sahibə Qafarova da bildirib ki, bu, tamamilə düzdür: "Burada intizamsızlıq sözü heç yerində deyildi", - deyə spiker bildirib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, audit obyektlərinin işlərinin keyfiyyətini artırması daha vacib məsələdir:
"Fəaliyyətimizi də bunun üzərində qururuq. Bütün deputatlara Hesablama Palatasının hesabatlarının stolüstü kitab olmasını tövsiyə edirəm".
Qüdrət Həsənquliyev deputat Tahir Mirkişilinin səsləndirilən fikirlərə etirazına cavab verib: “Mən Tahir müəllimin etirazını başa düşmədim. Əgər 37 auditdən 27-də büdcə qanunvericiliyinin pozulması aşkarlanıbsa, deyim ki maliyyə intizamı yaxşı vəziyyətdədir? Bunu necə demək olar? 31 auditdən 27-də ciddi nöqsanlar aşkar olunub və yarım milyon manat oğurlanıb. Bunun da yüz milyonu geri qaytarılır".
Digər Xəbərlər
02 Yanvar 2026 11:16
Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
02 Yanvar 2026 11:08
“Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var...”
02 Yanvar 2026 10:09
İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verdi
01 Yanvar 2026 17:28
Azərbaycan İsveçrəyə başsağlığı verdi
01 Yanvar 2026 16:16
"“Böyük Qayıdış” Proqramını uğurla icra edirik" - İlham Əliyev
01 Yanvar 2026 13:45
“Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq”
01 Yanvar 2026 12:52
Prezident xalqa müraciətindən paylaşım etdi - VİDEO
01 Yanvar 2026 08:47


Bakı -°C

