adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Aprel 2019 14:07
7417
MƏMLƏKƏT

İntiharlar faciədən çox, statistikaya çevrilməkdədi

Ölkədəintihar adiləşib. Stalinin məşhur sözü var:«Bir nəfərin ölümü faciə, çox adamın ölümü statistikadı».İndi intiharlar faciəlikdən çıxıb statistikayaçevrilib. Elə ayın 14-də ölkənin müxtəlif regionlarında və Bakıda 4 intihar hadisəsi baş verib. Hələ biri də 14 yaşında qız uşağıdı, bulvarda özünü dənizə atıb, xoşbəxtlikdən FHN-in əməkdaşları onu xilasedə biliblər. Vəziyyəti ağırdı, xəstəxanadadı.

Oadamları intihara təhrik edən səbəblər var.18 yaşında üç ayın gəlini özünü elə-beləasmayıb ki?

Vəhər intihar hadisəsini oxuyandansonra verilən məlumatda bildirilir ki, cinayət işi açılıb,araşdırmalar aparılır.

Dəfələrlə yazmışıq və yenə yazırıq, indiyədək kimsə bunagörə cinayət məsuliyyətinə cəlb olunmayıb.

Ammadeyəsən, bu dəfə Elinanın intiharı iləbağlı Möhtərəm Prezident işə qarışdığınagörə məsələ ciddiləşib.

İntiharların qarşısının alınmasının bir yolu da təhrikçilərincəzalandırılmasıdı.

Mehriban Cəfərova