adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2018 14:45
17469
MARAQLI

İntihar etmək istəyən Adriano Çelentano

Müğənni Adriano Çelentano və onun həyat yoldaşı aktrisa KlaudiyaMori haqqında çoxsaylı şayiələr gəzir, bu nikah ən möhkəm ulduz nikahıhesab edilir, onların məhəbbəti zamana boyun əymir. 

Onların tanışlığı "Bir qəribə tip” filminin çəkilişlərindəbaşlayıb. Bu 1963-cü ildə baş verib, Klaudiya aktyorun imicini çox qəribə hesabedib və qadında heç bir təəssürat yaratmamışdı.

Çelentano gənc aktrisanın xoşuna gəlməyə çalışırdı, amma qadın ona qarşısoyuq idi. Hər şey bir anda dəyişdi, çəkiliş meydançasında qısa qapanma zamanışüşə plafon partladı, onun qırıntıları aktyorun üzünü cızdı. Klaudiya onunyanına qaçaraq ona yardım etməyə çalışdı. Bir müddət sonra onlar kafedə söhbətedirdilər, daha sonra isə qrim otağında ehtirasla öpüşürdülər.


Amma Klaudiyaya aktyor çox yüngül xasiyyət və etibarsız görünürdü. Çəkilişlərbitdikdən sonra aktrisanı konsertinə gəlməyə razı saldı və onu birinci sıradaoturtdu. Konsertin sonunda romantik ballada səsləndi, sonra isəÇelentano sevgisini etiraf etdi. Bundan sonra onların rəsmi sevgi romanıbaşladı.

1964-cü ilin iyul ayının 14-də cütlük evlənib, bu gecə saat 3-də bütünmüxbirlərdən gizli olub.

Morini ərinin çətin xasiyyəti qorxutmurdu. O, ərinin administratoru,imicmeykeri və piar-meneceri, eləcə də üç uşağının anası oldu.

Bir dəfə Adriano relslərin üzərinə uzanıb qatarın gəlməsini gözləyib. Qadınərinin qalxmasını xahiş etsə də Adriano qalxmayıb. O, yalnız Klaudiya hönkürübağladıqdan sonra, qatarın ona çatmağına bir neçə metr qalmış ayağa qalxıb.

Bir dəfə isə aktyor gələcək rolunun sözlərini öyrənmək üçün şəhərinmərkəzində tıxac yaradıb.


1970-ci ildə Adriano Çelentano həyat yoldaşı ilə San-Remo festivalında mahnıoxuyub, o mahnı ona qələbə gətirib. Uzun illər "İşləməyən sevmir” mahnısışlyager, Çelentano isə italyan publikasının ən sevilən ifaçılarından oldu.  

Adriano Çelentano qadınların çox xoşuna gəlirdi və onun kənarda romanlarıvar idi. Ən məşhur romanı isə o, Ornella Mutti ilə yaşayıb. Aktrisa öz əri iləboşandı və eyni hərəkəti Çelentanodan da gözlədi, amma öz arvadını atmağahazırlaşmırdı. 

Öz müsahibələrində Klaudiya deyirdi:

 "Təsadüfi xəyanət ayrılmaq üçün səbəb deyil. Onu bağışlamaq olar.Kişi üçün isə təsadüfi əlaqələr – mexanik üçün yeni avtomobilin baxışı kimi birşeydir”. 

Bir müddət sonra aktyor ailəsinə qayıtdı və ictimaiyyət qarşısında arvadıvə uşaqlarından üzr istədi.

İndi cütlük Milandan 100 km uzaqlıqda şəxsi villasında yaşayır. Onlarsəs-küylü gecələri sevmirlər və ictimaiyyət içinə nadir hallardaçıxırlar.