adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Aprel 2018 18:39
36122
ƏDƏBİYYAT

İnsanı məhv etməyin asan yolu – Dostoyevskidən məsləhət

Dünya ədəbiyyatında silinməz iz qoymuş dahi rus yazılarından biri –Fyodr Dostoyevski hələ sağlığında haqqında ən çox danışılan ədiblərdən olub. Onunhəyatı, özünəməxsus, hətta klassiklərin bəyənmədiyi yazı üslubu (Lev Tolstoy,Vladimir Nabokov, İvan Bunin onu həvəskar yazıçı hesab edirdilər), pis vərdişləribu gün də neçə-neçə araşdırmaların hədəfidir. Amma rus klassiklərindən fərqliolaraq ölkəsinin hüdudlarından kənarda Dostoyevskini nəinki sevir, hətta ilahiləşdirirdilər.Məsələn, məşhur alman filosofu Fridrix Nitşe Dostoyevskini özünə ustad hesabedirdi.

İndi klassiklərinin "həvəskar” dediyi Dostoyevskinin bu gün dəaktuallığını itirməyən məşhur aforizmlərinə nəzər salaq:

1. Xatirələrinizi incikliklərlə "zibil”ləməyin, yoxsa gözəl anlarüçün təmiz yer qalmaz.

2. Sənə ehtiyacı olanlar üçün yaşamalı, güvəndiyin adamla dostluq etməli,xoş qarşılayanla ünsiyyət qurmalı və səni dəyərləndirənlərə minnətdarolmalısan.

3. İnsan həqiqətən də istədiyi şeyə vaxt tapar.

4. Sənin üçün hər şeyə hazır olan insanı incitmə.

5. İnsanın ruhu övladları ilə rahatlıq tapır.

6. Bir gün həyatında yeni ad peyda olacaq və əvvəlkini toza çevirəcək.

7. Əgər sən soyuqqanlısansa insanları incidəcəksən, həssas adamsansaonlar səni incidəcək.

8. Əksər insanlar üç şeydən qorxur: etibar etməkdən, həqiqəti söyləməkdənvə özü olmaqdan.

9. İnsan ağıllı məxluqdur, amma ağılla hərəkət etmək üçün tək ağılazlıq edir.

10. Həyat hədəfsizboğular.

11. Əgər hədəfə doğrugedirsənsə, hər hürən itə daş atmaq üçün dayansan, yolu başa vura bilməzsən.

12. Bəzən uşaqlar ən çətinməqamda ağıllı məsləhət verə bilirlər.

13. İnsanı məhv etməyinçox asan yolu var: sadəcə deyirsən ki, nə özün kiməsə lazımsan, nə də gördüyüniş.

14. Ər və arvad arasınaheç kim, hətta anaları da girməməlidir. Onlar bir-birini qırsalar da, hakim dəözləri olmalıdır, müttəhim də. Çünki sevgi iki nəfərlikdirsə, onun sevinci də,dərdi də iki nəfərlikdir.

15. Hamı ilk addımıatmağa qorxur, çünki qarşılıqsız olacağından ehtiyat edirlər.

16. Adamlar boş vaxtlarını nəyə həsr etməyibacarmayanda faydasız məşğələlərə və əyləncələrə baş qoşurlar.

17. Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa adverməyin.

18. Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aidnəsə var…

19. Cəhənnəm sevginin bitdiyi yerdir.

20. Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?

21. İstedadsız yazıçı axsaq əsgər kimidir.

22. İnsan çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım onu bu qədər dərinyaratmazdım.

23. İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir.

24. Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzləşməlisən.

25. Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi təkehtiyacını qarşılayacaq hər qadını.


Şəfiqə ŞƏFA