adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Iyul 2016 15:58
40849
MARAQLI

İnsana aşiq olan qorxunc quş

Artıqminilliklərdir insan və heyvan dostluğu öz axarı ilə davam edir. İnsanın ənsadiq dostu, dar ayaqda yoldaşı, köməkçisi olaraq ən yaxın heyvanlar təbii kiev heyvanları olan it, pişik və at hesab edilir. Bu heyvanların insanasadiqliyi dəfələrlə onların özü tərəfindən sübut olunub. Amma ev heyvanlarındandaha sadiq bir heyvan, daha doğrusu quş var ki, bəlkə də çoxlarının ağlına beləgəlməyib. Bu – qara qarğadır. Indiyədək, ədəbiyyatda, filmlərdə bədlik,nəfslik, qorxu simvolu kimi təqdim olunan, görünüşü belə ürpədən bu qaraqarğalar insan tərəfindən qəbul olunmasa da onlar özləri insanı seçirlər. Ammaqorxu mənasında bir az haqlıyıq: məsələ burasındadır ki, qara qarğanın insanaolan sevgisi də özü kimi qaradır. Yəni o, bir insana "vuruldumu”, vəssalam onunqara kölgəsinə çevrilir. Ondan başqa insan tanımır, onu çox qısqanır. Deyək ki,insan həmin qarğanı gətirib evdə saxlasa, qarğa evdəki bütün başqa heyvanları dimdikləməkləöldürür, ya da gözünü çıxarır. Bu təhlükə sahibinin övladı və həyat yoldaşınada aiddir. Odur ki, qarğanın yanında onun sahibinə səmimi olmaq ən azı insanın öztəhlükəsizliyi üçün olmaz.

Zooloqlarbildirirlər ki, qarğa çox ağıllı quşdur. Onun ağıl və hafizə qabiliyyətitəxminən 5 yaşlı uşaqdakı qədərdir. Bu da heyvanlar aləmi üçün üstün bircəhətdir. Qarğalar çox vaxt sürü şəklində toplaşsalar da, əslində cüt şəkildəhəyat sürməyi sevirlər. Cinsi yetkinlik yaşına çatanda onlar özlərinə cüttapırlar və bundan sonra həyatı boyu ikinci cütləri olmur. Cütləri ölsə də, yalnızdolanıb-gəzməyə üstünlük verirlər. Qara qarğalar sinantropdurlar, yəni insanməskənləri yaxınlığına yaşayırlar, insandan qorxmurlar. Belə olduqda, qarğanıninsan məskənindən kimisə bəyənib seçməyi də mümkün olur. Qarğalar heteroseksualdır - özünə əks cinsi sevirlər. Bəyəndiyi insanıqarabaqara izləyir. İnsan ona xoş rəftar göstərdikdə onunla evinə qədər gəlir,əl çəkmir. Əslində qarğa insanın özünəbənzər olmadığını çox yaxşı anlayır. Ammayenə də "ürəyinə hökm edə” bilmir. Hətta platonik sevgiyə də razı olur, dərkedir ki, seçdiyi insan ona qarğa cinsi kimi qarşılıq verə bilməyəcək, bunarəğmən insandan vaz keçmir.

Əgərseçdiyi insan onu uzaqlaşdırmaq, hətta başqasına satmaq istəsə bu qarğanınürəyini yaralayır. İnciyib gedir və bir neçə ay içində həsrətindən ölür.