adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Yanvar 2018 15:01
33285
ƏDƏBİYYAT

İnsan niyə yeddi arxa dönənini tanımalıdır?

Əksər xalqların adət-ənənələrində əcdadların xələflərinintaleyinə təsiri ilə bağlı inanclar var. Müasir genetika da bunu təsdiqləyir:bir insanın görünüşü, səsi, göz rəngi, xarakteri onun özündən əvvəlki əcdadlarındançox asılıdır. Dini traktatlara əsasən, nəinki zahiri və mənəvi əlamətlər, həttaəcdadlardan ötürülən enerjiyə görə onların taleyi, xoşbəxtlik və ya bədbəxtliyinidə müəyyənləşdirmək olar.

Müdriklər insanın əcdadları arasında əsasən 7 nəslindaha təsirli olduğunu deyirlər. Hətta əsrlərlə (elə indi də) düşmən tərəfiqarğıyanda onun tək özünü və hazırki ailəsini deyil, yeddi arxa dönənini lənətləyirdilər.Bu, bir çox xalqlarda ən təhlükəli və amansız lənətlərdən hesab olunur. Belə lənətləritəkcə şifahi olaraq deyil, hər hansı bəd əməllə də həyata keçirərək lənətə tuşgələnin özündən sonrakı 7 nəslini hədəfə alırlar. Xüsusən slavyan xalqlarındainsan lənətlənərkən ondan törəyən sonrakı 7 nəsilə bədbəxtlik, tənhalıq,sonsuzluq, cinsi problemlər, vaxtsız ölüm və s. "arzulanır”. Qədim Yunanıstandada belə lənətlər çox yayılmışdı. Məsələn, böyük sülalələrdən sayılan Tantanlarnəslində doğulan bütün oğlan uşaqları lənətlənmişdi. Beləliklə yeddi nəsildəoğlan uşaqları ya körpəykən ölürdü, ya da həddi-buluğa çatmadan qəza nəticəsindəölürdü.

Yeddi nəsil haqqında ən geniş məlumatlar Zərdüştiliyin"Əcdadların kitabı”nda verilir. Ümumiyyətlə nəsli ağacı Zərdüştiliyin əsasdayaq nöqtələrindən hesab olunur. Bu dində nəsil ağacı belə təsvir edilir:insan özü ortada dayanıb, onun ətrafında isə halqalar şaxələnir. Ortada dayananinsandan ayrılan 2 halqa ata və anadır. 4 halqa babalar və nənələr. Onlarınata-anaları 8, daha sonrakılar 16, 32 və nəhayət ən ulu nənə-baba 64 halqadır. Halqaburada günəşi – qoruyucu mələyi simvolizə edir. Şərq inanclarına görə, birinsan öz yeddi arxa dönənini mütləq adbaad tanımalıdır. Bu, insanın nəinkihazırki vəziyyətini, həmçinin gələcəyini də həll edir. Hər nəsil halqasının özfunksiyası var. Hərəsi mərkəzdə dayanan insana xüsusi enerji ötürür. Məsələn,ikinci halqalar, yəni ata-ana insanın sağlamlığına cavabdehdir. Sonrakı dördhalqa – baba və nənə emosiyaları və intellektual bazanı təyin edir. Ondansonrakı nəsil istedad və qabiliyyəti müəyyənləşdirir. Beşinci halqalar iradə vəəzmkarlıq xəttidir. Məhz 5-ci halqaların enerji ötürücülüyü zəifdirsə, buaqressiyaya çevrilə bilər. Altıncı – sosial mövqeyə, insanın cəmiyyətdə özünü təsdiqləməsinəcavabdehlik daşıyır. Halqaların ən vacibi və taleyüklü olanı 7-cidir. Zərdüştiliyəgörə, bu halqa məhz mərkəzdəki insanın əsas taleyini və gələcəyini müəyyənləşdirir.

Nəsil araşdırması, qeyd olunduğu kimi genetikaylayanaşı, kriminalistikanın da vazkeçilməzidir. İtaliyalı kriminalist, həkim-psixiatrÇezare Lombrozo vaxtilə silsilə qətllər törətmiş bir caninin nəsil ağacınıaraşdırıb. Məlum olub ki, caninin 7 arxa dönənindəki bütün kişilər cinayətkarolublar. Əsas 7-ci babası isə ümumiyyətlə manyak olub ki, bu da mərkəzdəkiinsanın taleyini həll edib.

Təbii ki, hal-hazırda 7 əcdadını tanıyan çox azadam tapılar. Amma xüsusi nəsildən gələnlərin – əsilzadələr və zatların əcdadlarınınəinki özləri, hətta kənar adamlar da çox yaxşı tanıyırlar. Belə şəxslərinsoyadları da digərlərindən fərlənir, özünəməxsus olur.


Şəfiqə ŞƏFA