adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Dekabr 2017 16:35
7440
SAĞLAMLIQ

İNSAF DA YAXŞI ŞEYDİ…

İndi maşallah olsun,bizim ölkəmizdə nə qədər desən özəl klinikalar var. Və bu özəl klinikalarda da ən müasir avadanlıqlar,aparatlar quraşdırılıb. Düzdür, hər şey var,amma bir şey çatışmır. O şey də ondan ibarətdir ki, bizim özəl klinikalarda o aparatlardanhər həkimin başı çıxmır. Deyə bilərik ki,lap Türkiyədə, Almaniyada, İsraildə olan avadanlıqlardan bizimkilər heç dəgeri qalmır. Amma bizimkilər gəlin onunla razılaşaq ki, Almaniyanın Türkiyənin,İsrailin həkimləri qədər savadlı deyillər. Deyəsən, burda bir balaca yanlışlığayol verdik. Və bizdə də heç o həkimlərdən geri qalmayan mütəxəssislər var. Onları barmaqla saymaq olar. Yaxud da bu cür həkimlərdənmin həkimin arasından biri tapılar.

Axı, özəl klinikalardandanışırdıq. Elə yenə həmin mətləbin üstünə qayıtmaq istəyirik. Və bu gün Bakı şəhərində özəl klinikalarda ənmürəkkəb cərrahiyyə əməliyyatları müvəffəqiyyətlə aparılır. Təəssüf ki, bəzi özəlklinikalar da var ki, orda hər hansı xəstə adi bir əməliyyat zamanı stoldan qalxmayıb. Düzdür, belə faktlar az-az olur. Ancaq fakt-faktlığında qalır. İnsanların dövlət xəstəxanalarındançox özəl xəstəxanalara inamları daha böyükdür.Yəni bir balaca imkanı, pulu olan adam hər hansı xəstəliyə düçar olan zaman özəlxəstəxanalara üstünlük verir. Və burda da istər müalicə, istərsə də cərrahiyyə əməliyyatızamanı pasiyent özünü daha yaxşı hiss edir.

Bunlar hamısı qəbulolunandır. Və bu gün bayaq dedik ki, Bakı şəhərində çoxlu sayda özəl klinikalarvar. Və bu özəl klinikalarda da hər cür müayinələr və müalicələr aparılır. Xüsusəndə dəqiq diaqnozlar və analizlər bu klinikalarda daha mükəmməl həyata keçirilir.Elə klinikavar ki, bir gündə 50-100 min manat civarında pul qazanır. Sağlıqlarına qismət. Çünki o klinikanı açan yüz minlərləmanat pul xərcləyib. Hələ üstəlik, klinikaya ən bahalı avadanlıqlar və aparatlargətirdib. Və bununla yanaşı, klinikaya işə götürülən insanlara hər ay nə qədər məvacibverilir və dövlətə də vergi ödənilir. Bizbunların hamısını yaxşı başa düşürük.

Ancaq onu başa düşmürükki, indiki iqtisadi böhran və bahalıq şəraitində əksər klinikalar qiymətlərdə niyəendirim eləmək istəmirlər?! Düzdür, bəzən əlamətdar tarixi günlərdə və bayramlardabir neçə gün belə bir kampaniya keçirilir. Lakin həmin kampaniyada iştirak edənpasiyentlər deyir ki, o özəl klinikalar bu kampaniya zamanı yenə bir çox halda insanlarakəf gəlirlər. Yəni əvvəlcə bildirilir ki, hər hansı müayinənin qiyməti ucuzdur,amma gedib o müayinədən keçən adamlar onun əksini görür və nəticədə qanları möhkəmqaralır.

İnsanların indikidurumu doğurdan da çox çətindir. Buna baxmayaraq, adam xəstələnirsə, istər-istəməzhəkimə üz tutmalıdır. Xüsusən də etibarlı olduğuna görə, özəl klinikalara bu çətinanda müraciət edənlər daha çox olur. Bu gün bir xəstənin özəl klinikada özünün MRTetdirməsinə nə az, nə çox 130-140 manat pul lazımdır. Hələ biz qan analizlərini və başqa müayinələri demirik.Belə çıxır ki, bir pasiyentin müayinədən keçməsinə 300-400 manat pul gərəkdir. Müalicəisə daha ağır olur. Yəni müalicəyə bir ətəkpul xərcləməlisən.

Bir dəfə özəl klinikalarınbirində ürəyimlə bağlı müayinədən keçməli idim.Həkimim məni tanıyırdı. Amma o gəlməmişə qədər tabeliyində olan qızlar mənə bir siyahı verdi və məlum oldu ki,o analizləri versəm, 120 manat pul ödəməliyəm. Sözün açığı, imkanım olmadığına görə,tərəddüd elədim və dedim ki, axı həmişə bu müayinələr 50 manatla 75 manat arasındaolur. Qızlarsa dedi ki, biz bilmərik. İstəyirsiniz gözləyin, qoy həkim gəlsin, ondansonra analiz verərsiniz. Həkim də gəldi, ona analizlə bağlı mənə yazılmış məbləğigöstərdilər. Həkim çox vicdanlı və ədalətli bir ziyalıdır. O, diqqətlə siyahıyabaxdı və lazım olmayan analizləri ordan çıxardı. Və mən qan analizinə və bir dəbaşqa müayinəyə 50 manat pul ödədim.

Əfsuslar olsun ki,bəzi həkimlər özəl klinikalarda pasiyentlərin savadsızlığından və iradəsizliyindənistifadə edərək lazım oldu-olmadı onlara çoxlu sayda qan analizləri yazır. Və buqan analizləri də gəlib çıxır 200-300 manata. Belə olanda da imkansız adam əsəbləşirvə xəstəliyi daha da şiddətlənir, həkimlərdən inciyir.

Bayaq dedik ki, eləözəl klinika var ki, orda gün ərzində müayinələrdən, müalicələrdən və əməliyyatlardan50 min manatdan çox pul yığılır. Bəlkə də biz bu rəqəmdə yalnışlığa yol verdik.50 min olmasın, bir az aşağı olsun. Ancaq reallıq budur ki, özəl klinikalar bu günAzərbaycandakı mövcud real vəziyyəti və insanların sıxıntı içərisində yaşamasınınəzərə almaq istəmir.

Məsələn, ekspertlərdənbiri deyir ki, MRT üçün uzaqbaşı klinika40 manat pul xərcləyər. Yəni özəl klinika istəsə həmin müayinənin pulunu düz bir dəfə azalda bilər. Başqa sözlədemiş olsaq, 50 manata da o müayinədən keçməkmümkündür. Necəolur ki, İranda MRT 40 manata başa gəlir, amma bizdə 130-140 manata. Bax, burdabir balaca həmin özəl klinikaların rəhbərlərini qınamaq istəyirik. Əgər onlar millətin bugünkü durumunu, şəraitininəzərə alsalar, bir xeyli aşağı düşmək mümkündür. Bunu biz demirik, bunu bu işləməşğul olan təcrübəli, savadlı və millətini sevən ziyalı həkimlər deyirlər. Həttaözəl klinikanın tanınmış həkimlərdən biri deyir ki, bu gün insanların durumu mütləqnəzərə alınmalıdır. Elə adam var ki, borc alıb müayinə olunur. Onun üzərində əməliyyataparılır. Bax, belə məqamlarda imkansız adamlara kömək olunmalıdır.

Bizheç də Amerikada yaşamırıq. Və yaxşı bilirik ki, dünyanın hər yerində özəl klinikalarda tibbi xidmət çox bahadır. Amma dünyanın hər yerində,xüsusən də Amerika və Avropada insanlar yüksək əmək haqqı alırlar. Bax, bizdə150 manat təqaüd alan, yaxud 300 manat əmək haqqı qazanan adam özəl klinikada necəmüayinə olunsun və cərahiyyə əməliyyata keçirsin.

Əlbəttə,bizim özəl klinikalarda da millətini, xalqını sevən ziyalı rəhbərlər çalışırlar.Və onların da yadına salırıq ki, Allah sizin imkanınızı daha da böyük eləsin. İmkanıolmayan adamlara bir qədər endirim olsa, bu, Allahın da xoşuna gələr və pasiyentində ürəyincə olar.

Bizimmillət həm səxavətli, həm də ürəyi yumuşaq xalqdır. Yəni onun insanların arasındanə qədər desən vicdanlı, insaflı və vətənpərvər ziyalılar var. Bax, biz də sözümüzü o insaflı, vətənpərvərözəl klinika rəhbərlərinə deyirik. Deyirik ki, axı insaf da yaxşı şeydi. İndikiçətin durumda həm müayinələrdə, həm müalicələrdə, həm də əməliyyatlarda endirimolsa, inanın, bu xalqın çox böyük sevincinə səbəb olar. Və bu endirim həm də özəlklinikaların xalq, millət arasında nüfuzunu daha da artırar. İndi görək, hansı özəlklinika bu addımı atacaq?!


Faiq QİSMƏTOĞLU