adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Aprel 2019 17:27
13527
ƏDƏBİYYAT

İnkluziv təhsil və gözləntilərimiz

İnklüziv təhsil nədir?Onun cəmiyyətdə rolu və cəmiyyətin bu yeni terminə adaptasiyası necədir?

İnklüziv təhsil ümumitəhsilin inkişaf prosesidir.Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarınınödənilməsi baxımından hamı üçün əlçatan olmasını özündə ehtiva edir. İnklüzivtəhsil (fr. inclusif "özünə daxil edən", lat.include - "daxil edirəm") özünə daxil edən deməkdir. Sağlamlıqimkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını əsasən təmin edir.Benəlxalq statistikaya əsasən bir sinifdə sağlam uşaqlarla bərabər, xüsusiqayğıya ehtiyacı olan uşaqların sayı 5-10% olmalıdır.Bəs bu proses ölkəmizdə bugün hansı formadadır? Əlbəttdə, bu gün ölkəmizdə və təhsilimizdə gedən ugurluislahatların bu sahədə də töhfə verdiyinin şahidiyik. Azərbaycanda "İnklüzivtəhsil layihəsinin” icrasına 2005-ci ildən start verilmişdir. İnklüziv təhsilinsağlamlıq imkanları məhdud uşaqların kollektivə uyğunlaşmasında, cəmiyyətə inteqrasiyasında,özünə güvən hissinin güclənməsində, bərabər hüquqlu şəxsiyyət kimiformalaşmasında və cəmiyyətdə özlərini sübut etməsində cox gözəl faydalarıvardır.

Diskriminasiyadan yaxaqurtarmaq üçün bu prosesi ilk əvvəl ailədən və təhsildən başlamaq lazımdır.Azərbaycanda artıq 75 min saglamlıq məhdudiyyəti məhdud olan uşaqlar vardır.Onlardan yalnız 12 min uşaq təhsilə cəlb olunmuşdur, onların da böyükəksəriyyəti fərdi təhsilə və ya xüsusi məktəblərə cəlb olunmuşdur. Əgər ilkinolaraq bu ailələrlə söhbətlər aparılsa və o, uşaqların ən azından müəyyən birqismini cəmiyyətə adaptasiya edə bilsək biz artıq bu sahədə müsbət nəticələrəldə etmiş olarıq. Fikirləsin ki, əyalətlərimizdə nə qədər fikiki qüsurluuşaqlar vardır və təhsildən tam olaraq təcriddirlər. Bu gün cəmiyyətimizinİnklüziv təhsil sahəsində maariflənməsinə böyük ehtiyac vardır. "SİM uşaqproblemdir” fikrini insanların beynindən silmək lazımdır.Onlar da cəmiyyətineyni hüquqlu vətəndaşlarıdır. Sadəcə bir az fərqlidirlər. Bax, bu gunumuzdə buşüarı əldə tutmalıyıq.

Artiq tibbi modeldən sosial modelə kecmək və insanlarıbuna adaptasiya etməyin zamanıdır.

Sağlamlıq imkanlarıməhdud şəxslərin təhsili(xüsusi təhsil) haqqında Azərbaycan RespublikasınınQanununda bütün bunlar geniş şəkildə nəzərə alınmışdır.Bu qanunun "Maddə3. Xüsusi təhsilin məqsədi” bölməsində xüsusi təhsilin məqsədi sağlamlıqimkanları məhdud şəxslərin zəruri bilik, bacarıq və vərdişlərini artırmaqlaonların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişininyaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdənibarətdir.

Sağlamlıq imkanlarıməhdud uşaqların ümumitəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə dəAzərbaycanın cəlb olunduğu İnklüziv təhsil sisteminin qanunauyğun inkişafmərhələsidir. Bu inkişaf sxematik olaraq 4 mərhələdən keçmişdir:Diskriminasiya, seqreqasiya, inteqrasiya: inklüziya.

Bizim bu günümüzdə ən coxdiqqət yönəltdiyimiz İnklüziv təhsil formasıdır.Və bu sahə üzrə ölkəmizdə coxgözəl layihəyə imza atılmişdır. Artıq Heydər Əliyev fondunun, UNİSEF və"Regiyonların İnkisafı” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqınınmaliyyə dəstəyi ilə həyata keçirilən "Müəllimlərin İnklüziv təhsil sahəsindəbacarıqlarının artırılması” layihəsinin təlim proqramına start verilib. TəhsilNazirliyi ilə birgə əməkdaşlıq cərcivəsində atılan bu addım ümid edirik kiölkəmizdə İnklüziv təhsilə insanların marağınını daha çox cəlb edəcəkdir.İlkinolaraq Layihənin təlimlərinə Bakı, Gəncə, Quba, Şəki, Şamaxı, Ağcabədi vəCəlilabad rayonlarından seçilmiş 51 ali məktəb müəllimi cəlb olunmuşdur Bu işdəhər hansı bir müvəffəqiyyət əldə etmək üçün əsasən maarifləndirmə siyasətinihəyata keçirməliyik. İnanırıq ki, biz basqa sahələrdə oldugu kimi, bu sahədə dədönüş edə biləcəyik. Fərqli, lakin bərabər olan fərdləri də cəmiyyətin aktivhissəsinə cevirəcəyik.