adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Oktyabr 2018 10:07
8945
GÜNDƏM

İNGİLTƏRƏ O PULU AZƏRBAYCANA QAYTARACAQMI?!

Qəzetələrdə oxudumki, Beynəlxalq Bankın 15 illik həbs cəzasına məhkum olmuş sabiq sədri Cahangir Hacıyevinxanımının Londonda 28,5 milyon dollarlıq (vay dədəm vay, adamda bir belə pul olar?) malikanəsini müsadirə ediblər. Səbəb də odur ki, bu puluqanuni şəkildə qazanmayıblar. Yəni əyri-üyrü yollarla, rəsmi dillə desək, korrupsiyayolu ilə qazanıblar.

Bizi məsələnin başqabir tərəfi maraqlandırır. Yaxşı, o mülkimüsadirə elədilər, yəqin ki, sonra da satışaçıxaracaqlar . Bəs, əldə olunan vəsait necə olacaq? Bu pul Azərbaycan xalqınındır,Azərbaycan dövlətinindir. Yəni Cahangir Hacıyevvə onun xanımı bu pulu nə Böyük Britaniya dövlətindən, nə də ingilis xalqından çırpışdırmayıblar.

İndi Azərbaycan hökumətitələb etməlidir ki, həmin o 28,5 milyon dollar Azərbaycanın dövlət büdcəsinə qaytarılsın.