adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2020 22:00
14137
İDMAN

İngiltərə klublarına kollektiv məşqlərə icazə verildi

İngiltərə Premyer Liqasının rəsmi saytı məşqlərin tam bərpasıilə bağlıklub rəhbərləri arasındaaparılan səsvermənin nəticəsini açıqlayıb.

Qol.az xəbər verir ki, klublar təmaslı məşqlərin əleyhinə olmadığını bildiriblər. Buna görə də artıq komandalar kollektiv şəkildə məşq edə və top uğrunda mübarizəyə girə bilərlər. Eyni zamanda, futbolçulara lazımsız təmasdan yayınmaq üçün verilən tövsiyyələr qüvvədə qalır.

Oyunçular və məşqçilər heyəti həftədə 2 dəfə koronavirus testindən keçəcəklər.