adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 May 2020 13:18
99937
ELM VƏ TƏHSİL

İNGİLİS DİLİNİN MÜASİR HƏYATIMIZDA ROLU

Tarixə baxdığımızda, dil qədimzamanlarda toplu yaşayan insanların birbirinə söz demək ehtiyacından, birbiriilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlararasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi ilə yalnız müəyyən şəraitdəinsan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisəsayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin var olması mühüm şərtdir. Insancəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz.

Birdən çox dil bilməkdünyaya birdən çox pəncərədən baxmaq deməkdir.

HələLyüdviq Vitqenşteyn yazırdı ki, "insanın dünyası onun dili kimidir”. Dil, bizimdünyaya baxışımızı və onu necə dərk etdiyimizi müəyyənləşdirir. Bu gün elmdəaktiv şəkildə müzakirə edilən Sepirin "Uorfa” fərziyyəsinə (linqvistik nisbilikfərziyyəsi) görə dil düşüncə və idrak prosesinə təsir göstərir. Buna görə dəbir insan birdən çox dil bildiyində onun üçün dünyaya açılan pəncərə də birdənçox olur. Bu isə müqayisə edilməyəcək qədər zəngin bir həyat deməkdir.

Bugün ingilis dilinə öyrənmək bir sıra səbəblərə görə zəruri əhəmiyyət kəsb edir:

Birincisi, ingilisdili "beynəlxalq ortaq dil” statusunu qazanmış ilk dildir, yəni başqa dillərdədanışan insanlar arasında ortaq ünsiyyət vasitəsidir. İngilis dili müasirdünyada ən çox danışılan dillərdən biridir. Müasir dövrümüzdə ingilis dilisiyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmarlarda ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyənbələdçilər ingilis dilini bilməlidir. Yer kürəsinin ən güclü dövlətiABŞ başda olmaqla, Avstraliya, Böyük Britaniya, CAR, Yeni Zelandiya, İrlandiyavə Sinqapur kimi inkişaf etmiş ölkələrin dövlət dilidir. İngiliscə 400 milyon insanın ana dili, birmilyard 400 milyon insanın isə ikinci dilidir. 53 ölkənin və BMT də daxilolmaqla əksər beynəlxalq təşkilatların əsas rəsmi dillərindən biri, İngilisMillətlər Birliyinin rəsmi dilidir. Bu dil Okeaniyadan Avropaya, AfrikadanAmerikaya qədər dünyanın hər tərəfində əsas ünsiyyət vasitəsidir.
Müxtəlifdillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etməküçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi çıxış edir. Hindistan bunayaxşı misaldır. İngilis dili 24 müxtəlif dilin hər birlində bir milyondan artıqinsanın danışdığı bu ölkədə hamı üçün ümumi dildir.

İkincisi, İngilis dili hal-hazırda dünyadadiplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dilirolunu oynayır.

Üçüncüsü, iki, üç və daha çox dil bilməkdünyagörüşünün formalaşmasına müsbət mənada təsir edir, hadisələrə daha genişprizmadan baxmağa kömək edir. Volterin sözü ilə desək, çox dil bilmək birqalanın bir neçə qapısının açarına sahib olmaqdır. Bir fərd nə qədər savadlıolsa da, əcnəbi dil bilmədən biliyini dar çərçivədən çıxarıb daha da təkmilləşdirməsi,dünya təcrübəsindən faydalanması, elmi mübadilə aparması mümkün deyildir.

Dördüncüsü, İngilis dilini bilmək iş tapmaqdabaşlıca rol oynayır. Belə ki, bu gün yerli və xarici şirkətlər ingilis dilini səlisbilən mütəxəssislərə üstünlük verir.

Beşincisi, ingilis dilini bilmək vaxta və xərclərəqənaət etmək deməkdir. Tərcüməçiyə müraciət etmədən informasiyanı alır, analizedir, ötürür, bir sözlə, öz işimizi özümüz görürük.

Altıncısı, bu gün nəşr olunan və son iki əsrdənəşr olunmuş ədəbiyyatın və kütləvi mətbuatın böyük qismi, internetresurslarının 80%-i ingilis dilindədir. Yəni istər elmi biliklərin öyrənilməsində,istər diplomatik münasibətlərin, istər ticari, iqtisadi əlaqələrinqurulmasında, istər xarici ölkələrə səfərlərdə dünyanın hansı ucqar nöqtəsiolur-olsun, ingilis dili əvəzedilməz funksiya ifa edir.

"Bəs ingilis dilini necə öyrənə bilərəm?” sualını özünüzə verirsinizsəbu zaman bəzi təməl nüanslara riayət etməniz bu suala cavab verməkdə Sizə köməklikgöstərə bilər.

Müasirdövrümüzdə ingilis dilinin tədrisində bir çox effektiv metodlardan istifdəolunur. Bu metodlar dilin öyrənilməsində uğur qazanılmasında çox böyük roloynayır

Xarici dil öyrənərkən özümüz-özümüzə mane ola bilirik.Amma, əslində bunların öhdəsindən gəlmək o qədər də çətin deyil. Etməliolduğunuz şey başlamaq, davam etmək və tərk etməməkdir.İngilis dilini öyrənərkənbəzi təməl qaydalara riayət etsək bu dili həm özümüz üçün maraqlı hala gətirəbilərik, həm də daha asan öyrənə bilərik. Bəs bu təməl qaydalar hansılardır?

1.Öz biliklərimizi təcrübədə istifadə edirik.

Birçox insanın əsas problemi odur ki, onlar qrammatika qaydalarını və sözləribilirlər, ancaq danışıqda istifadə edə bilmirlər. Bu niyə baş verir?

İstəniləndilin öyrənilməsi 2 hissədən ibarətdir: nəzəri hissədən və praktiki hissədən. Əgərsiz nəzəriyyəni öyrənirsizsə və öyrəndiklərinizi təcrübədə istifadə etmirsinizsə,onda öyrəndiklərinizi real danışıqda istifadə edə bilməyəcəksiniz və tez birzamanda unudacaqsınız. Buna görədə öyrəndiklərinizi təcrübədə istifadə etməyə məcbursuz.Bunu daha yaxşı olar ki bir neçə addımla edəsiniz.

·Yeni öyrəndiyiniz istənilən mövzunun (qrammatika, oxu, qulaqasma və s.) bütün bilmədiyiniz sözlərini dəftərdə qeyd edin və həmin sözləri dərhalöyrənin.

·Yeni öyrəndiyiniz istənilən mövzu (qrammatika, oxu, qulaqasma və s.) haqqında 5-10 cümlə fikirləşin və dəftərdə qeyd edin.

2.Söz ehtiyatımızı artırırıq.

Özfikirlərimizi sərbəst ifadə etmək üçün, bizə təkcə cümlələr qurmaq deyil, həmçininhəmin cümlələrdə istifadə olunacaq sözləri bilmək lazımdır. Nə qədər sözbiliyiniz geniş olsa, bir o qədərdə sərbəst şəkildə öz fikirlərinizi ifadə edəbiləcəksiniz.
Niyəsiz yeni sözlər öyrənirsiz, ancaq söz bazanız artmır? Çünki söz bazası iki yerəbölünür: aktiv və passiv. Aktiv bazaya gündəlik həyatda istifadə olunan sözlərdaxildir. Passiv bazaya isə bildiyimiz, ancaq gündəlik həyatda istifadə etmədiyimizsözlər. Bu növ sözləri biz adətən unuduruq və ya lazımi anda xatırlayabilmirik.
Sözlərieffektiv yadda saxlamaq və danışıqda istifadə etmək üçün, onları düzgün öyrənməklazımdır. Yeni öyrəndiyiniz sözü dərhal istifadə edin və həmin sözlə 5-10 cümləhazırlayın.

Söz bazanızı artırmaq üçün:

·Sözləri ayrı-ayrı mövzulara bölün və siyahı şəklində öyrənin.Məsələn: iş, səyahət, ailə, heyvanlar və s.

Öyrəndiyiniz mövzulardan öz həyatınızdan səhnəcikdüzəldin və ya həmin mövzunu istifadə edərək ingilis dilində bilən dostlarınızaöz həyat təcrübənizdən danışın. Məsələn: səyahət mövzusunda sözləri öyrəndikdənsonra, sonuncu səyahətiniz barədə öyrəndiyiniz sözləri istifadə edərək danışın.

·Ilk öncəgündəlik həyatınızda istifadə edəcəyiniz sözləri öyrənin. Əgər sizin astronomiya iləheç bir əlaqəniz yoxdursa, onda bu mövzuda sözlərə başlanğıcda üstünlük vermək öyrənməkfaydasız olacaq. Bu sözləri heç bir yerdə istifadə edə bilməyəcəksiniz və tezbir zamanda unudacaqsınız. Sözləri düzgün qaydada və siyahılarla öyrənərək, sizqısa zamanda öz söz ehtiyatınızı artıracaqsınız.

3.İngilis dilinində nitqi anlama qabiliyyətimiziinkişaf etdiririk.

İngilisdilində nitqi anlamaq qabiliyyəti bizim söz və qrammatika biliyimizdən asılıdır.Ancaq ki söz və qrammatika biliyimiz hələ tam mənada nitqi anlama mənasına gəlmir.Bu ona görə baş verir ki biz ayrı-ayrılıqda sözləri eşidib başa düşürük, ancaqcümlədə sözləri ayırıb və mənalarını başa düşə bilmirik.
Bunuancaq daimi praktika ilə düzəldə bilərik. Nə qədər çox qulaq assaz, bir o qədərdədaha yaxşı nitqi başa düşəcəksiniz. Yaxşı olar ki sadə videolardan və cizgifilmlərindən başlayasınız. Tövsiyə: əgər siz ancaq anlama qabiliyyətini deyil,həmçinin öz nitqinizidə inkişaf etdirmək istəyirsinizsə onda eşitdiyiniz ifadələriyenidən söyləyin və diktofona yazın, sonra isə qulaq asın və analiz edin.

4.Öyrəndiyimiz dildə fikirləşməyi öyrənirik.

Daimiolaraq fikrən cümlələri azərbaycan dilindən ingilis dilinə tərcümə etmək – çoxpis vərdişdir. Sadəcə fikirləşin, buna nə qədər vaxt gedir. Sizə azərbaycandilində bir şey söyləməyi fikirləşmək lazımdır, sonra bu cümləni ingilis dilindənecə deməyi fikirləşmək lazımdır, lazımi sözləri yada salmaq lazımdır və s. Çoxçətindir, elə deyil mi? Buna görədə sizə ingilis dilində fikirləşməyi məsləhətgörürəm.

Bununüçün sizə nə lazımdır?

·Azərbaycan dilindəki sözləri ağlınızda ingilis sözləri ilə əvəzetmək. Hər bir sözü məşq edin, o vaxta kimi o sizin ağlınızdaavtomatik olaraq əmələ gələcək.

·Hər bir qrammatika mövzusunu avtomatik istifadə səviyyəsinəçatdırın. Qrammatikanıöyrənərkən, dərhal həmin mövzuda cümlə hazırlayın və çalışın bunu artıq düşünmədənetməyi öyrənəsiniz.

·Özağlınızda mümkün qədər çox cümlə fikirləşin.Bunu necəetmək olar? Hər gün yoldagördüyünüz hadisələri özünüzə ingiliscə danışın. Ətrafınızda gördüyünüzinsanların görünüşü haqqında özünüzə danışın. Əgər hər hansı bir sözüunutmusunuzsa, onda həmin sözü başqa sözlə əvəzləməyə çalışın.

Yeni bir dil öyrənmək heç zaman gecdeyil əgər qarşınızda bir məqsəd varsa və qeyd etdiyim sadə qaydalara riayətetsəniz mütləq öz istədiyinizə nail ola bilərsiniz.

Abdulayeva Zəhra

İngilisdili üzrə təlimçi