İndoneziyada ilk olaraq ölkə prezidentinə Çin peyvəndi vuruldu
İndoneziyada koronavirus peyvəndi ilk olaraq ölkə Prezidenti Coko Vidodoya vurulub.
“Anadolu” agentliyi xəbər verir ki, daha sonra İndoneziyanın Səhiyyə naziri Budi Gunadi Sadiki Çinin “Sinovac Biotech” şirkətinə məxsus dərmanla peyvənd edilib.
Onların peyvənd edilməsi paytaxt Cakartada yerləşən Prezident Sarayından canlı yayımlanıb.
İlk peyvənd proqramına ölkənin Baş Qərargah rəisi Hadi Tjahjanto, Milli Polis şefi İdham Azis və digər məmurlar daxil olub.
İndoneziya bu günə qədər Çinin əczaçılıq şirkəti “Sinovac Biotech” tərəfindən hazırlanan 18 milyon doza “CoronaVac” peyvəndini alıb.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19