İndoneziya ilə səhiyyə sahəsində əməkdaşlıq müzakirə olundu - FOTO
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminiilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin inkişafı kontekstində səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir qeyd edib ki, Azərbaycan ilə İndoneziya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf edir. Dövlətimizin başçısı Prezident İlham Əliyevin İndoneziya Prezidenti ilə Davos və Şarm Əl-Şeyx şəhərlərində baş tutmuş görüşləri xatırladılıb, bu təmasların ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, yeni tibb müəssisələrinin inşası və yüksək texnologiyalı tibbi xidmətlərin tətbiqi barədə məlumat verilib.
İndoneziya səfiri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, səhiyyə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylər göstərəcəyini bildirib. O, İndoneziyanın əhali sağlamlığının qorunması təcrübələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran təşəbbüslərin dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tibb təhsili, səhiyyə sisteminin idarə olunması, ictimai səhiyyə, əczaçılıq sənayesi, tibbi texnologiyalar və təcrübə mübadiləsi sahələrində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

