İndiyədək Aşura ilə əlaqədar keçirilən qanvermə aksiyasında 2430.5 litr qan toplanıb
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5401 nəfər könüllü olaraq qan verib.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, saat 15:00-a olan məlumata əsasən, bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.
Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15