adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Iyun 2018 10:33
30365
ƏDƏBİYYAT

İndiki futbola baxmaq vaxt itkisidir? - SORĞU

Hazırkı futbolkeçmiş zamanlardakı futboldan xeyli fərqlənir. İndiki total futbol daha sürətlidir.Həmdə ki, texnologiyada futbola bulaşıb. Dünya Çempionatında hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunması damüasir futbolun yeni qaydalarındandır. Bəs yaxşı futbolsevərlər, ədəbiyyatadamaları necə düşünür - İndiki futbola baxmaq sizə zövqverirmi? Keçmişdəki futbol üçün darıxırsınızmı?




Yazıçı Səfər Alışarlı: "İndi futbol - dünya çempionatı 40-50 il əvvəlki iləmüqayisədə daha gözəldir, bütün komponentləri baxımından qibtə olunası dərəcədəgözəldir. Ən mühüm məsələlərdən biri də odur ki, indi ona hər yerdə - işdə,evdə, küçədə, meşədə, hətta yerin altında da baxmaq mümkündür.

Ancaq mənyeniyetmə olanda yaşadığım yataqxanada televizor yoxuydu. Məsələn, 1970-ci ilindünya çempionatı! Dərnəgüldə televizoru olan fəhlə yataqxanalarına birtəhərsürüşüb keçə biləndə, sıxlıqda ayaq üstdə dayanıb tər axıda-axıda bulanıqekrana boylananda, gürcü şərhçi Kote Maxaradzenin xırıltı dolu ləhcəsində - "Говорити показывает Гвадалахара!” - sözlərini eşidəndə ayağımız yerdən üzülürdü,özümüzü az qala Meksika stadionunda hiss edirdik. Oyun boyu dəhşətlikatarsislər yaşayırdıq.

İndi rahatdivanda uzanıb 1 metrlik plazmada baxıram, hərdən görürəm yuxu tutur məni.Qocalığı hiss etdirən məqamdır!”



Tanınmış futbol şərhçisi,jurnalist Gündüz Abbaszadə: "İndi futbol daha maraqlı gəlib. Həyato qədər sürətli olub ki... Futbola da təsir edib. Təsəvvür edin, əvvəl 7 saatagetdiyin yolu indi 2-3 saata qət edirsən. Futbol da sürətlənib. Biz də. Odurki, indi daha maraqlıdır. Keçmişdəki futbol üçün darıxmamışam. Təkcə RobertoBacconun oyunundan savayı.”








Yazar Xalid Kazımlı: "Açığı, indikifutbol daha zövqlüdür. Ən azı hakim səhvləri minimuma endirilib, mübahisəli məqamlarazalıb. Heç kəs "bizi hakim uduzdurdu” deyə bilmir, ofsayddan qol vurmaq, rəqibəqırmızı kart verdirmək üçün simulyasiya etmək halları sıfıra enib. Köhnə dövrlərinfutbollarında azarkeşləri əsəbiləşdirən hallar çox olurdu. İndi bilirsən ki, səninazarkeşlik etdiyin komanda zəif oynadı, uduzdu. Bu baxımdan indinin futbolu mənimdaha çox xoşuma gəlir. Amma indi də Maradona, Matteus, Hacı, Laudrup, Stoiçkovkimi parlaq oyunçular azdır. İndi Ronaldodur, Messidir, Süaresdir, Neymardır.Onların da biri yaxşı oynayır, üçü gözləntiləri doğrultmur.”



"Xəzər TV”-ninaparıcısı Ceyhun Rzayev:"İdman jurnalitiyəm, futbola həmdə bu sahədən pul qazandığım üçün baxıram. Uşaq, yeniyetmə, gənclik dövründə isəhər şey fərqli idi. Futbolu sevdiyimiz, ona könül verdiyimiz üçün baxırdıq.Keçmişdəki futbol üçün əlbəttə, darıxıram. O dövrün ulduz futbolçuları uşaqlıqkumirlərimizdi. 1990-cı il dünya çempionatı zamanı futbolkamın arxasınaalmanların kapitanı Matteusun adını yazıb, fərəhlə gəzmişdim. 1994-cü il mundialındaisə məhəllədə məni Romario çağırırdılar. O vaxtkı futbol, sanki daha romantik vəsaf idi. Bəlkə də uşaq olduğumuzdan bizə elə gəlirdi.”





Şairə RəbiqəNazimqızı:"Futbola tək baxmağı sevməyənlərdənəm. Ya ailəçevrəsində, qardaşlarım, qızım, atam, anamla, ya da dostlarla baxmağı sevirəm.Birbaşa meydandan izləmək bir ayrı zövqdür, əlbəttə. İstəyirəm, bu günlərdəözümə futbol ziyafəti yaşadım. Heç olmasa, bir gün rahat-rahat izləyim. Futbolhəmişə yaxşı əyləncədir. Keşmişdəki futbol üçün yox, şərhçilər üçün darıxa bilərəmyalnız.”





Şair Cəlil Cavanşir: "Açığı elə ciddi,fanatik dərəcədə futbol azarkeşi deyiləm. 1998-ci ildən futbol izləyirəm. Açığıo oyunlar mənim daha çox xoşuma gəlirdi. Məsələn, Hollandiya millisinin biroyununu qaçırmazdım. Bütün heyətini əzbər bilirdim. İndi artıq hollandlarınfutbolu mənim zövqümcə deyil. Darıxdığımı deyə bilmərəm, amma son baxdığımoyunlardan əvvəlki zövqü ala bilmirəm.”





Yazar Günel Natiq: "Mən uşaqlıqdan qızğın futbol azarkeşi olmuşam. Bütün futbolçularıtanıyırdım, oyun üslublarına, hətta xarakterlərinə bələd idim. MəsələnMaradonanın təvazökarlığı çox xoşuma gəlirdi. Adətən güclü oyunçularınhücumların qarşısını alan, lazım gələndə badalaq vuran "himayədar”ları olur.Maradonanı yerə yıxanda ayağa durub sadəcə əllərini yelləyirdi, bu böyükfutbolçuda "ulduz xəstəliyi” yox idi. İndi Ronaldoda "ulduz xəstəliyi” görürəm.Meydançada cığallıq edir, qəsdən özünü yerə yıxır hətta. Hərçənd Maradonanıntexnikasına malik deyil.

Atamlafutbolu izləyəndə 9-10 yaşım vardı. Atamın proqnozları həmişə dəqiq olurdu. Mənonun futbola bu dərəcədə bələd olduğuna heyran qalırdım. Atamın yanında azarkeşolmamaq mümkün deyildi. Futbol çempionatı qurtaranda ürəyim sıxılırdı...Atamdan sonra futbolu izləmək mənim üçün çətin idi. İstər-istəməz onuxatırladırdı, qüssə məni bürüyürdü. Bu il futbolla bağlı bir neçə yazı işlədimvə yenidən baxmağa qərar verdim.

Futbol indi daha sürətli olub.Yeniliklər meydana gəlib. Amma bu çempionatdan hələ ki zövq almıram. Mənə eləgəlir, hələ ki favoritlər özlərini tam olaraq meydançada ifadə edə bilmirlər.Bəlkə də irəlidəki oyunlarda hər şey dəyişəcək.

Favoritim isə yoxdur. Bir azcaMessiyə görə Argentinaya azarkeşlik edirəm.”




Şair Aqşin Evrən: "Builki Dünya Çempionatıçox maraqlı keçir. O baxımdan ki, ciddi rəqabət var: favorit komandalarautsayderlərə üstünlük qura bilmədilər. Ancaq bir pis tərəfi var ki, yığmalaroynamaqdan çox oynatmamağa üstünlük verirlər, çünki qrup mərhələsidir, bir xalböyük əhəmiyyət daşıyır. Növbəti mərhələdə belə olmayacaq, bütün komandalaroynamağa, qol vurmağa çalışacaqlar. Çempionat nə qədər maraqlı keçsə də, heçbiri 2002-ci ildəki turnirin yerini verə bilməz. Həmin vaxt həm Türkiyə milisi,həm də Braziliyanın əfsanəvi heyəti çempionatı xeyli maraqlı etmişdi. Ronaldo,Rivaldo, Ronaldinyo, Roberto Karlos kimi superulduzları ilə DÇ-yə qatılanBraziliya möhtəşəm oyun nümayiş etdirirdi. Xüsusən braziliyalı Ronaldonunperformansı həll edici rol oynamışdı, bir növ, ölkəsinə dünya kubokunuqazandırmışdı. Ara-sıra həmin oyunlara yenidən baxıram. Ümumiyyətlə, o illərçox sehrli, çox maraqlı idi. İstənilən halda futbol üzrə dünya çempionatımaraqlı turnirdir, çünki burada təkcə müxtəlif ölkələrin futbolu yox, həm də mədəniyyəticəmləşib.