İnam Kərimov Türkiyədə həmkarı ilə görüşdü
Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 19-da Prezident İlham Əliyevin tapşırığına əsasən bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə edib.
Nazirlikən Adalet.az-a verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri əvvəlcə Ankaradakı Heydər Əliyev parkını ziyarət ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı heykəli önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İnam Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər.
Əhməd Əşrəf Fakıbaba Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq, İnam Kərimovun nazir vəzifəsinə təyin edildikdən sonra ilk xarici səfərini Türkiyəyə etməsindən məmnunluq hissi keçirdiklərini bildirib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09