İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.
Adalet.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 60 vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri, əsasən, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Digər Xəbərlər
29 Aprel 2024 09:34
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
29 Aprel 2024 09:10BÖYÜK QAYIDIŞ: Daha 39 ailə Füzuliyə döndü
28 Aprel 2024 21:01Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14