İnam, güvən genetik imiş - Alimlərdən maraqlı araşdırma

Beynəlxalq elm adamları qrupu, inandırıcı olma meylinin genetik olduğunu bildiriblər.
Adalet.az xəbər verir ki, maraqlı elmi araşdırmda "Scientific Reports" jurnalında dərc olunub.
Bildirilir ki, yad insanlara etibar etmək təkcə sosial və ya psixoloji xüsusiyyət deyil, DNT-dən irəli gəlir.
Alimlər Danimarka qan donorluğu layihəsində iştirak edən 33 882 nəfərin məlumatlarını təhlil ediblər. Könüllülərdən onlara nə dərəcədə etibar etdiklərini göstərən anket doldurmaları istənilib. Bundan əlavə, genetik bir araşdırma aparılıb.
Nəticədə elm adamları güvənin PLPP4 geni ilə sıx əlaqəli olduğunu müəyyən ediblər. Onlar həmçinin bildiriblər ki, güvənən insanlara skeptik həmyaşıdlarından daha uzun və daha sağlam ömür yaşaya bilər.
Tədqiqatlar göstərir ki, başqalarına güvənənlərin, hətta siqaret, yaşlılıq və cinsiyyət kimi faktorlara nəzarət etdikdən sonra da ürək xəstəliyi riski əhəmiyyətli dərəcədə azalır.
Elmi işin müəllifləri qeyd ediblər ki, “etibar geninin” kəşfi biologiya və sosial elmlər arasında körpü rolunu oynayır. Bu gen əsasən beyində ifadə olunur. Həmçinin bu, sinir yollarının və siqnal mexanizmlərinin formalaşmasında mühüm rol oynaya da bilər.
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
