adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Fevral 2018 15:58
21915
ƏDƏBİYYAT

İmperatordan Puşkinə son məktub: “Sənin arvadını...”

Rusiya ədəbiyyatının günəşi sayılan Aleksandr Puşkinin necə öldüyünübilməyən az olar. Ədəbiyyatla yaxın-uzaq hər kəs bilir ki, böyük şair dueldəöldürülüb. Səbəb isə fransız zabitlə şairin arvadı haqqında gəzən şayiələrolub. Amma bu duel necə baş verib, bu dueldən sonra nələr yaşanıb – xırdalıqlarya çoxlarına maraq kəsb etməyib, ya da maraq dairəsindən bilərəkdən uzaqtutulub. Rusiya ədəbiyyatına həbəş hərarəti gətirmiş bu dahinin ömrünün son illəriüçün tarixə kiçik bir nəzər salaq. Bu barədə oxucuları bir dəfə məlumatlandırmışdıqki, Puşkin duel həvəskarı olub. Bəzən hətta "fındıq qabığını doldurmayacaq” səbəblərdənduel çağırışı edərmiş. Ən yaxın dostlarından, qohumlarından biri belə onunlanaxoş zarafat etsə, bir an tərəddüd etmədən onu duelə çağırarmış. Dəfələrlə onubelə təhlükəli duellərdən dostları uzaqlaşdırıb. Amma axacaq qanı dayandırmaqmümkün olmur. Puşkinin qaynar qanı isə sonuncu duelində axdı, həm də sözün həqiqimənasında – həkimlər yaralı şairin qanını dayandıra bilməyiblər.

1836-cı ilin noyabrında Puşkin anonim məktub alır. Məktubda şair buifadə ilə təhqir olunurdu: "Birinci dərəcəli buynuzlu ordeninə namizəd”. Qəzəblənənşair məktubun kimdən gəldiyini bilməsə də nəyə görə olduğunu yaxşı bilirdi.Niderland səfiri, baron Lui Hekkernin övladlığı Jorj Dantes və şairin arvadıNatalya Qonçarova haqqında dedi-qodular bütün Peterburqu dolaşırdı. Boğaza yığılanşair Dantesi duelə çağırsa da, zabit çox hiyləgər addım atır. Natalyanınbacısına evlənmə təklifi edib, razılığını alır. Bir ay sonra cütlüyün nikah mərasimibaş tutsa da şayiələr səngimir. Hətta daha da güclənir, deyilənə görə DantesNatalyaya daha da yaxın olmaq üçün bu nikaha qol qoyubmuş. Daha Puşkini dilətutmaq mümkün olmur. O, baron Hekkernə duel çağırışı göndərir, amma baron vəzifəsindəndolayı bu duelə qatıla bilmir və yerinə Dantesi göndərir. Məlum olduğu kimiPuşkin həmin dueldə qarın boşluğundan ağır yaralanır, buna baxmayaraq Dantesi dəəlindən yaralaya bilir. Şairi təcili həkimə çatdırsalar da, Peterburqun ənyaxşı həkimləri qanı dayandıra bilmirlər. İki gün ərzində güclü qan itkisindənşair hallüsiyasiyalar, davamlı qızdırma və titrətmədən əziyyət çəkir. Həttaimperatorun şəxsi həkimi Arendt də onun həyatını xilas edə bilmir. 1837-ci ilin29 yanvarında saat 14:45-də şair dünyayla əbədi vidalaşır. Onun evində bütünsaatlar həmin vaxt üzərində dayandırılır. Həmin saatlar indi Puşkinin evmuzeyində 14:45-i göstərdiyi vəziyyətdə saxlanılır. Puşkinin 100 illiyindəSovet cərrahları ölümü incələyərək belə fikir irəli sürmüşdülər ki, şairi XX əsrinnəinki bacarıqlı, hətta sıravi həkimi də xilas edə bilərdi, amma zamanının ənyaxşı həkimləri bunu bacarmadılar.

Məsələnin ən çətin tərəfindən biri də bu idi ki, o dönəmdə duel artıqləğv edilmişdi. Şair dünyasını dəyişsə də, onun sekundantı olmuş Danzas həbsolunacaqdı. Buna görə də Arendt imperatordan onun bağışlanması üçün xahiş edir.Puşkinə böyük hörməti olan I Nikolay məhz şairin xətrinə Danzası bağışlayır vəşairə belə bir məktub yollayır: "Bu dünyada bir daha üz-üzə gəlmək bizə nəsibolmayacaq, amma mən qanunu pozduğunu bağışlayıram və sənə əsl xristian kimi ölməyitövsiyə edirəm. Ailən haqqında narahat olma. Sənin arvadını və uşaqlarını mənhimayəmə götürürəm”.

İmperator Puşkinin dəfninin sadə keçməsi üçün tapşırıq verir, çünkixalqın ayağa qalxacağından və qarmaqarışıqlıq yaranacağından qorxurdu.Jandarmanın nəzarəti altında yalnız yaxınları və qohumlarından ibarət dəfn mərasimitəşkil olunur. İmperator isə sözünü tutur. Natalya və uşaqlarına dövlət xəzinəsindən10 min rubl pul ayrılır, Puşkinin borclarını bağlatdırır və hər ay ailəsinəmaaş təsis olunur. Bundan başqa, Puşkinin bütün əsərlərindən gələn qazancın ailəsinəvaxtaşırı çatdırılması üçün göstəriş verdirir. İmperatorun digər göstərişi iləbaron və oğulluğu Dantes Peterburqu həmişəlik tərk edirlər.

Yeri gəlmişkən, Natalyanın təkcə Danteslə deyil, imperatorla damünasibəti olması ilə bağlı söz-söhbətlər vardı. Amma göründüyü kimi pıçhapıçNikolayın evini yox, Puşkinin evini yıxıb. Əslində Dantesin Natalyaya, hətta onunbacısı Yekaterinaya da marağı ola bilməzdi. Çünki sonralar açılan həqiqətə görəDantes homoseksual olub. Onun atalığı kimi tanınan baron isə birlikdə yaşadığı"əri” imiş. Məsələ burasındadır ki, baron Dantesi uşaqkən deyil, 24 yaşındaövladlığa götürüb. Özü də heç vaxt evli olmayıb. Dantesin ailəsindən icazəalaraq gənc oğlanı oğulluq adı ilə yanına alıb. Güman ki, oğlanın ailəsinin buata-balalığın arxasında izdivac gizləndiyindən xəbəri olub, çünki baron hər aybuna görə Dantesin ailəsinə pul ödəyirmiş. Puşkinin baldızı ilə evlilik isəonun "ata”sının tövsiyəsi olub, yəni Dantesi şairin qəzəbindən qorumaq üçün beləedib. Natalyanın bacısı nəinki o zaman üçün, hətta indiki zaman üçün də yaşıkeçmiş qız sayılırdı, 28 yaşında idi və bacısından fərqli olaraq gözəl deyildi.Məhz bu qızla nikah "ata-bala” məhəbbətinə ziyan gətirə bilməzdi. Hər haldabaron Dantesi tamamilə əldən vermək istəməzdi. Buna baxmayaraq, bu evlilikdən 4uşaq dünyaya gəlib və nikah Yekaterinanın ölümünə qədər davam edib. Taleyinironiyasına bax ki, Dantesin qızı Şarlotta sonralar Puşkinin pərəstişkarı olub.Onun otağında şairin böyük portreti asılıbmış. Qız şairin bütün poemalarını əzbərdənbilirmiş. Buna görə də atası öz qızına nifrət edib və qızını dəli adı ilə ruhixəstəxanaya yerləşdirib. Şarlotta 18 yaşından 48 yaşına qədər burda yaşayıb vəölənə qədər də atasını qatil adlandırıb.


Şəfiqə ŞƏFA