İmişli sakini dayısı oğlunu qətlə yetirib
Sentyabrın 18-də İmişlinin Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Imişli Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Azad Mürsəlov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06