adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Aprel 2017 15:25
34099
ŞOU-BİZNES

İlkin Həsəninin toy tarixi məlum oldu

Məşhur aparıcı-aktyor İlkin Həsəninin toy tarixi məlum olub.

Adalet.az Qafqazinfo-ya istinadlaxəbər verir ki, ATV-nin simasının özəl günü bu ayın 25-də baş tutacaq.

Bakıdakı məşhur restoranların birində təşkil olunacaq məclisdə ictimai şəxslər, kino və şou dünyasının tanınmış simaları iştirak edəcək.

Artıq qonaqlara dəvətnamələr paylanılıb.

Qeyd edək ki, İlkin ATV-nin əməkdaşı olan Aysel xanımla evlənir. Cütlük ötən ilin aprel ayında nişanlanıb.