adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Iyun 2019 17:16
78567
MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Daha çox "Bozbash Pictures” və Şəmi obrazı iləinsanların sevgisini qazanan aktyor İlkin Həsəni ilə komediya janrından,kinomuzun bu günü və digər mövzulardan danışdıq.

Adalet.az həmin müsahibəni sizə təqdim edir.

Etiraf edirəm ki, müsahibənin bəzi ciddi yerlərindəİlkin bəyə baxanda gözümün önünə Şəmi və digər obrazlar gəlirdi deyə gülməməküçün özümü birtəhər saxlayırdım.

İnsanlara pozitiv enerji ötürən İlkin Həsəni vəkomandasının fəaliyyəti mənim çox xoşuma gəlir. Keçək müsahibəyə.

- Kanallarımızın izlənmə sayının aşağı düşməsindəngileylənmişdiniz. Sizcə bunun səbəbi nədir? Niyə kanallarımızın reytinqi aşağıdüşür?

- Səbəbiodur ki, TV-də müəyyən mövzulara "olmaz”lar var və artıq efir üçün iki mövzuqalıb. Bunlardan biri məişət və ailə problemlərini neçə milyonluq xalqqarşısına çıxarıb müzakirə etmək, digəriisə şou-biznesdir. Mövzu yoxdur, mövzu qıtlığıdır buna görə dəteleviziyaya maraq azalıb. İnsanlar internetə qaçır, çünki internetdə "o olmaz,bu olmaz” kimi qadağalar yoxdur.

İnsanlarinternetdə istədiyini tapır və daha rahat fikirlərini bildirə bilirlər.Deputatların, məmurların çıxışlarına tənqidi fikirlərini bildirə bilirlər. Yəniinternet azaddır və bu azadlığı kanallarımıza da gətirmək lazımdır. İnsanlarişini görə bilməyən məmurları rahat tənqid edə bilməlidirlər, canlı yayımzamanı zəng edib fikirlərini şəxsən onun özünə bildirməlidirlər. Hal-hazırdakanallarımızda çatışmayan budur.

- Son illərdə Türkiyə seriallarına bənzəyənseriallar çəkilməyə başlayıb. Bu serialları izləyirsinizmi? Nə düşünürsünüz buseriallar barədə?

- Təbiiki çatışmazlıqlar çoxdur. Bizim ərsəyə gətirdiyimiz filmləri Türkiyə və yaxudRusiya filmləri ilə müqayisə etmək məntiqsiz olar. Çünki biz xarici seriallarınbüdcəsini, neçə milyonluq ölkə üçün nəzərdə tutulduğunu yaxşı bilirik, yəni həmimkanları, həm tamaşaçıları çoxdur, amma bizdə belə seriallara maraq çox azdırvə heç kim belə filmlərə, seriallara milyonlar ayırmaz. Çünki o vəsait geridönməyəcək. Bu bir biznesdir və hamı pul qazanmaq istəyir, ehç kim ziyana getməkistəmir və buna görə belə seriallar keyfiyyətsiz olur.

- Amma mən bunun aktyorların zəifliyi ilə əlaqələndirirəm.Niyəsə süni görünürlər, süni oynayırlar...

- Yox,kifayət qədər yaxşı aktyorlarımız var. Müasir aktyorluq məktəbimizin çox yaxşıxanım və bəy aktyorları var. Onlara yaxşı şərait yaradılsa, rejissorlar onların bacarıqlarından düzgün istifadə etsə,gözəl işlər görmək olar. Hansı aktyora hansı rolun uyğun olduğunu doğru seçməklazımdır. Çox təəsüf ki, indi filmlərdə heç bir aktyorluq təhsili olmayanmodellərə, idmançılara daha çox yer verirlər. Bir serialıq hansısa məşhuru"qonaq aktyor kimi dəvət etmək olar, amma bunu daimi olaraq etsən, artıqtamaşaçı da bəyənməyəcək.

- "Bozbaş pictures” dublaj ilə başlamışdı. Biz sizigörmürdük, eşidirdik. Sözün əsl mənasında özünüzü bizə göstərmək qərarına necə gəldiniz?

- Söhbət2002, 2003-ci illərdən gedir. Birinci başladıq əcnəbi kliplərlə Azərbaycanmahnılarının sintezini etməyə. O vaxtdaha böyük kütlənin fikrini öyrənmək üçün sosial şəbəkələr yox idi, ammateleviziyaya gələn zənglər var idi, hamı fikrini bildirirdi. Bizə maraqyaranmışdı, sonra keçdik dublaja və gördük ki, belə daha yaxşıdır. O vaxtlarbizdən küsən müğənnilər də, ya da onla məzələnməyimizi, tənqid etməyimizi istəyənmüğənnilər də olurdu. Biz də edirdik (gülür).

- "Bozbash pictures”in ötürmək istədiyi mesaj var?

- Təbii ki var. Bizim ötürdüyümüz mesajlar daha çox gündəlik problemlərləbağlı olur. O problemlər ki, sosial şəbəkələrdə də çox müzakirə olunur. Biz həminadamlara bu problemlərin kənardan necə iyrənc və gülməli göründüyünü göstərməyəçalışırıq.

- Mesajlarıtəsir edəcək formada verdiyinizi düşünürsünüz? Məncə, çox şirin və gülməliverirsiniz deyə heç kimə təsir etmir.

- Həminmesajlar "Bozbash pictures”in serialarında var idi, amma kinoteatr üçün çəkdiyimizfilmlərdə həmin mesajlar demək olar yoxdur. Çünki biz o filmləri kinoteatraistirahət etmək, gülmək istəyən tamaşaçılar üçün çəkirik. Mən axı niyədüşündürücü komediya çəkməliyəm? Onsuz da hamının problemləri var, hamı bütüngünü problem içindədir. Niyə mən də onları yükləyim? Dünya film sənayesində dəbelədir. Komediya filmləri belə olur. Bunu yaxşı qarşılayanlar da var, pisqarşılayanlar da.

Mən buişi sıfırdan yaratmışamsa və bizi sevirlərsə demək nələrisə düzgün etmişik.Bizi yaşıl pencək, "spartivnı” şalvar, ağ ayaqqabı ilə sevdirməmişik. Biz onlasevdirmişik ki, hər həftə fərqli birrayonumuzda, bölgəmizdə çəkilişlər etmişik,hər kəsi fərqli bölgələrimizlə tanış etmişik və hər həftə bizi maraqlagözləyiblər. Biz onlara Ucarı, Ağstafanı, Sabirabadı, Şəruru, Sədərəyi,ağlınıza gələn bütün bölgələrimizi göstərmişik.Yəni bizə olan sevginin arxasında bütün bu çəkdiyimiz əziyyətlərdayanır. Bu sevginin nəticəsidir ki, Azərbaycanda ən çox baxılan film məhzbizim filmdir. Heç bir film, istər Türkiyə, istər Hollivud filmi olsun, bizimfilmin rekordunu qıra bilmir.

- Filmlərinizin adları niyə 18+ ifadələrixatırladır?

- "Aybrilyant” filminin adını posterin hazırlanmasına iki gün qalmış seçmişdik.Filmin hər şeyi hazır idi, amma adı tapmamışdıq. Demək olar bütün filmlərimizinadını mən fikirləşmişəm. Biz filmlərə ad seçəndə qruppa şəklində toplaşıb məsləhətləşirik,hamı öz fikrini deyir və ən çox xoşumuza gələn variantı seçirik. Mən "Stalininbaşı” variantını deyəndə hamı güldü, sonra etiraz etdilər ki, olmaz. Sonra "niyəolmaz?” sualı ətrafında müzakirələr aparıb qərara gəldik ki, elə filmin adı bucür olsun.

- Bunun reytinqə təsiri olur deyə belə edirsiniz?

- Məncə, filmin adından daha çox treyler onun pasportu olur. Nə poster,nə də ad treylerdən vacib ola bilməz. İnanmıram ki, tamaşaçı filmin adına görəkinoteatra gəlsin. Tamaşaçı treylerə baxır, treyler maraqlı gəldisə, filməbaxmaq istəyir.

- Bütünobrazları özünüz fikirləşmisiniz?

-Obrazların adları mənə məxsusdur, amma obraz olaraq onlar aybaay, ilbəil özləriformalaşıb. 5 il qabaq çəkdiyimiz filmlərlə indikiləri müqayisə etsəniz,obrazlar arasında fərqləri görəcəksiniz. Məsələn, 5 il qabaq Fəlakətin geyimi,saçı fərqli idi, Şəmi və digər obrazlar da. Yəni zamanla çalışmışıq fərqliolsun. Obrazların danışıq tərzi, hərəkətləri isə aktyorların öz bacarığı iləformalaşıb. Heç kim onlara göstəriş verməyib.

- Ədəbiyyatla aranız necədir?

- Ədəbiyyatlaaram lap yaxşı idi, amma indi ancaq öz sahəmə uyğun audio kitablara üz tuturam.İdman vaxtı, ya təyyarrədə olanda, ya başqa hardasa telefonuma yükləyib qulaqasıram.

- Filmlərinizdə daha çox şou-biznes adamlarının təbliğatınıaparırsınız. Heç yazıçıları necəsə təbliğ etməyi düşünməmisiniz?

- Bizəqarşı istər yazıçılar, istər digər sənət adamları həmişə kinayəli yanaşıblar. Yazıçılar bizi həmişə tənqid edib deyə biz çəkinmişikki, hansısa obrazımızın bir yazıçının kitabını oxuduğunu göstərək. Sonra həminyazıçının "mənim icazəm olmadan kitabımı niyə göstərmisiniz orda?!” deməyindənqorxmuşuq. Amma etiraz etməzlərsə, bunu edə bilərik.

- Sizcə, siz cəmiyyətə təsir edib onuformalaşdırırsınız, yoxsa cəmiyyət sizinfəaliyyətinizi formalaşdırır?

- Xeyr,mən deməzdim ki, bizim filmlər cəmiyyəti formalaşdırır. Biz cəmiyyətin hansısaüzünü göstərməyə çalışırıq. Yenə deyirəm, kinoteatr üçün çəkdiyimiz filmlərbaşqa. Məsələn, Türkiyədə bütün rekordları qırmış "Recep İvedik” filmi dəhansısa mesaj üçün nəzərdə tutulmayıb. Türkiyə komediyalarını qəbul edirlər,amma biz ondan daha səviyyəli yumor göstərəndə bəyənmirlər, tənqid edirlər.

Məndənbaşqa nəsə tələb etmələrini atıram. Bu bilirsiniz nəyə bənzəyir? Mən malımı Sədərəkdəsatıram, mənə deyirlər "niyə malını mərkəzdə satmırsan?”. Axı mən mağazamı Sədərəkdəaçsam, 300 alıcım olacaq, şəhərin bahalı yerində isə 30. Deyirlər 30 alıcı olanyerdə aç mağazanı. Axı niyə?

Mən MədəniyyətNazirliyindən müəyyən bir məbləğ alıb hansısa filmi çəkməyi öhdəliyimə götürsəmvə nəyisə düzgün çəkməsəm, belə fikirlər bildirməkdə haqlı olarlar. Amma mən filmiminsponsorlarını özüm qapı-qapı düşüb axtarıram. Bu sırf kommersiya işidir və heçkim mənə "onu eləmə, bunu eləmə” deyə bilməz.

Hamı "Pərdə” filmini tərifləyir, bizə misal göstərir,amma hamı bildi ki, o film tamaşaçıtoplaya bilmədi və batdı. O film Youtube-da çıxandan sonra rezonans doğurdu.Deməli həmin tamaşaçılara pulsuz film lazımdır: çək, Youtube-a qoy, baxaq.

Elə "Çernobl” filmiylə bağlı şərhdə də gördüm ki,hamı pulsuz link axtarır. Amma mən o filmə pulsuz baxmadım, pul ödəyib abonəoldum və izlədim. Pulsuz film izləmək istəyi istehsalçıya hörmətsizlikdir.

- Televiziya kanallarında, filmlərdə, elə hər yerdəhomoseksuallığın təbliğatı aparılır. Sizin buna münasibətiniz necədir?

-Tamamilə qarşıyam. Tolerantlıq hesab etdiyimiz bir şey sabah tamamilə əleyhimizəçevrilə bilər. Sosial şəbəkələrdə homoseksualların iyrənc davranışlarınıtez-tez görürük: "Evdə görüşürəm, qiymət filan”. Bu artıq tərbiyəsizliyə gətiribçıxarır. Ən azından o halların qarşısını almalıyıq. Yox əgər belə tərbiyəsizlikhalları baş verməyəcəksə oğlan oğlanı sevir, qız qızı, öz şəxsi işləridir.

- Qadınlar güldürməyi bacarır?

-Komediya ifaçısı qadınlar da olub, amma tarix göstərir ki, qadınlar güldürməyiyox, ağlatmağı bacarırlar.

- Sizi tənqid edənlərə nəsə sözünüz var?

- Sürüpsixologiyasından uzaq olan, şəxsi fikri olan hər kəsin fikirlərinə hörmətləyanaşıram. Haqlı tənqid inkişafa gətirir, haqsız tənqid isə neqativ yaratmaqdanbaşqa bir işə yaramır. Təəssüf ki, indi neqativ yaratmaq üçün fikir bildirənlərdaha çoxdur. İnsanları neqativə yox, pozitivə kökləməliyik.


Söhbətləşdi: Ulucay Akif