adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Yanvar 2019 13:11
56621
MARAQLI

İlk dəfə kim aclıq aksiyası keçirib? - ACLIQ AKSİYASININ TARİXİ

Aclıqaksiyası min illərdir müraciət olunan siyasi mübarizə üsullarındandır. Onuntipik etiraz aksiyalarından əsas fərqi insanın "təcavüzü”ü birbaşa özünə tətbiqetməkdədir.

Tarixdəilk aclıq aksiyası Hindistanda olub. Sürgünə göndərilən Kral Ramanın ölkəsinəqayıtması üçün aksiyaya başlayan qardaşı məqsədinə çatmasa da, aksiyanı biretiraz forması kimi tarixə sala bilib.

Aclıqaksiyası həmin dövrlərdə o qədər yayğınlaşıb ki, xristianlıqdan əvvəlİrlandiyada qanuniləşib. Ədalətsizliklə qarşılaşan insan aclıq aksiyası ediböldüyü halda, günahlandırdığı şəxs aksiyaçının borclarını ödəmək məcburiyyətindəidi. Aclıq aksiyalarına daha çox həbsxanalarda rast gəlinir. Bunun da əsas səbəbihəbsxanada başqa etiraz forması üçün imkan və alternativlərin yoxluğudur.

Qeyri-insani və təhqiramiz metod

Aclıqaksiyası keçirən şəxslərin tələblərini yerinə yetirmək istəməyən qarşı tərəf ənçox "zorla yedizdirmə” üsuluna əl atırmış. Ancaq Dünya Tibb Təşkilatı uzunmübahisələrdən sonra bu üsulu "qeyri-insanivə təhqiramiz” elan edib. Aclıq aksiyalarının tarixini yazan Şarman Rasselaclıq aksiyasının təməl sütunun məhz ictimai maraq olduğunu vurğulayır:

"Cəmiyyətdə aksiyayamaraq yaranmazsa, aksiyanın uğur qazanmaq ehtimalı azalır”.

Aclıq aksiyası rekordu 116 günlə Mahatma Qandininmübarizə yoldaşlarından Baqat Sinqə aiddir.

Tarixdə iz qoyan aclıq aksiyaları

Mariona Uollas-Danlop

Müasirdövrün ilk aclıq aksiyasını məhz Uollas-Danlop reallaşdırıb. İsveçli hərbçi,qadınların seçki hüququnu müdafiə edən etirazlarına görə həbsə atılandaaksiyaya başlayıb. Məhkumun ölüb "şəhidlik” zirvəsinə yüksəldiləcəyindən qorxanhökumət 91 saatdan sonra "təslim olub” və Uollas-Danlopu azad edib. Azad olunanhərbçi XX əsrin ən dramatik siyasi aksiyalarının ilham qaynağı olub. AncaqBritaniyada qadınlara seçki hüququ onun etirazlarından daha çox onların I DünyaMüharibəsindəki xidmətlərinə görə verilib.

MahatmaQandi


MahatmaQandi Hindistanda ingilis hökmranlığına, ədalətsizliyə və təcavüzə etiraz etməküçün dəfələrlə aclıq aksiyası keçirib. Məhz Qandinin aclıq aksiyaları və digərpassiv etiraz aksiyaları Hindistanı azadlığa qovuşdurub.

Sezar Çavez

Meksika əsilliamerikan etirazçı Çavez əkinçilərin maaşlarının yüksəldilməsi üçün 25 gün aclıqaksiyası keçirib. 1968-ci ildəki ilk etirazı məqsədinə çatmaqla yanaşı işçilərəsağlamlıq sığortası da qazandırıb. Çavez 1989-cu ildə 61 yaşında əkin dərmanlarızəhərlənmələrinə diqqət çəkmək üçün aclığa başlayıb. Aksiya 36 gün davam edib.Çavezin böyük dəstək alan aksiyaları Əkinçilər Birliyi-Amerikanın ən güclü həmkarlarittifaqının yaranması ilə nəticələnib.

Bobbi Sendz

Sends1981-ci ildə Meyz həbsxanasında qalan İrland Respublikası Ordusu (İRO) hərbçilərinəsiyasi məhbus statusunun verilməsi üçün aclıq aksiyasına başlayıb. Aclıqaksiyası olarkən Britaniya Parlamentinə seçilib, ancaq aksiyanın 66-cı günündəSends dünyasını dəyişib.

Aksiyanın73-cü günü dünyasını dəyişənlərin sayı ona çatıb. Sendsin cənazəsində 100 mindənçox insan iştirak edib. Aksiya ingilislərə etibarı və dəstəyi azaltdığından,hökumət kompromisə getməyə məcbur olub. İrlandiyanın azadlıq mübarizəsindəSendsin və dostlarının payı çox böyükdür.

Miya Ferrou

Amerikanaktrisa, məşhur müğənni Frenk Sinatranın həyat yoldaşı olmuş Miya FerrouDarfurda aclıq, səfalət və susuzluğa diqqət çəkmək üçün aclıq aksiyası keçirib.Ferrou 12 günlük aksiyasını həkim tələbi ilə dayandırmaq məcburiyyətində qalıb.

İnsanaclığa nə qədər dözə bilər?


Su içməkləinsan bədəni aclığa maksimum 60 gün dözə bilər. Su içməzsə, 10 günə ölüm"qapısını döyər”. Çünki susuzluq orqanları tamamilə iflic edir.

Bədəndəüç enerji mənbəyi var: qlikogen, protein və yağ. Qlükoza (qan şəkəri) üç-beşgün ərzində tükənir. Bu halda metabolism enerji üçün yağ hüceyrələrinə "müraciətedir”. Bu hüceyrələrin parçalanması ilə yaranan "keton cismləri”n (qüvvətliturşular) qanda həddindən artıq miqdara çatması ölümün yaxınlaşdığını göstərir.

Yağhüceyrələri də bitdikdən sonra metobolizm əzələlər və ağciyər, ürək kimi həyatiorqanlara hücum edir və bədəni "əridir”.

Aclıqaksiyasında bədənin dözümlülüyü insandan insana dəyişir. Yağ hüceyrəsi nə qədərçox olarsa, müddət də uzanar. Qaraciyər, böyrək və ürək də başda olmaqlaorqanların vəziyyəti də aclıq müddətə təsir edir. Yaş və çəki də önəmlidir.Aksiya vaxtı su, qlükoza, vitamin və duz qəbul etmək bədənin dözümlülüyünüartırır.