adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyun 2022 11:42
947
ƏDƏBİYYAT

İlhami Cəfərsoy: QARQAR ÇAYI

Sağ qolu Qırxqız dağının, sol qolu Kirs dağının ətəyindən başlayır. Ağa körpüsünün altında 2 qol birləşir. Malıbəylinin, Ağdamın, Ağcabədinin yanından ötüb Kür çayına qarışır.

Qarqar Alban və Türk tayfalarından biridir. Onlar er.əv. ll minillikdə Türkiyə ilə Suriya arasında yaşayırdılar. Makedoniyalı İsgəndər Suriyanı tutanda onların bir hissəsi Xəzər dənizinin şərqinə, bir hissəsi Qafqaza çəkildi. Ermənilərin iddialarına görə Qarqar Alban tayfasıdır, ancaq Türk tayfası deyildir. Çünki dillərində xırıltılı boğaz samıtləri çoxdur. Bu doğrudan da belədir. Çünki qarqarlar Suriyada yaşayanda samilərlə ünsiyyətdə olmuş, nitqlərində böğaz sanitləri çoxalmışdı. Ona görə də Misirli Maştos onlar üçün 52 hərfdən ibarət olan əlifba tərtib etmişdir. Qarqarların bir neçə oymağı da qırğızların arasında yaşayırdı. Qırğızlara görə Karkar xan Alp Manasın atasıdır. Çokan Valixanov yazır ki, Karkar xan Manas elinin başçısı olmuşdur.

Milli Məclisin Toponimiya Komissiyası bu yazını oxusa, Qarqar çayının adını dəyişib Dördbulaq eləyəcək. Bu hünərlə onlar Hoğa kəndinin adını dəyişib Üçbulaq eləyiblər.