adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2014 14:32
5524
GÜNDƏM

İlham Rəhimov “Forbes”ə düşdü

"Forbes” jurnalı Rusiyanın 2014-cü il üzrəən varlı biznesmenlərinin siyahısını tərtib edib. Adalet.az xəbər verir ki, siyahıda ilkpillədə 18,6 milyard dollarlıq sərvətlə Özbəkistan əsilli iş adamı AlişerUsmanov dayanır.

Reytinq cədvəlində 4 azərbaycanlı iş adamınında adı var. Belə ki, "Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 13.6milyard dollarla 7-ci yerdədir. Xatırladaq ki, hələ ötən il Ələkbərov özününbütün səhmlərini yeganə oğlu Yusifə bir şərtlə vəsiyyət etmişdi ki, oğlu busəhmləri sata və bölə bilməz. Məqsəd isə şirkətin daha uzun illər stabilliyinitəmin etmək idi.

Növbəti 56-cı pillədə 1,8 milyard dollarlıqsərvətlə "Krokus Siti”nin rəhbəri Araz Ağalarov gəlir. AST şirkətlər qrupununprezidenti və atasının şərəfinə adlandırdığı Türkiyədə yerləşən "MardanPalace”nin sahibi Telman İsmayılov 0,75 milyard dollarla 137-ci yerdədir.

Rusiya prezidentinin yaxın dostu kimi tanınaniş adamı İlham Rəhimov isə 0,5 milyard dollarla sıralamada 187-ci pillədədir.

Qeyd edək ki, İlham Rəhimov 2012 və 2013-cüildə Rusiyanın ən varlı 200 biznesmeninin yer aldığı siyahıya düşəbiilməmişdi.