adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Mart 2024 10:08
1830
ƏDƏBİYYAT

İlham Əliyevin Azərbaycanda əmək fəaliyyətinə başlamasından otuz il ötür...

Yeni yetişən gənclik o dövrdə baş verən hadisələri görməyiblər deyə, bundan istifadə edən bəzi müxalif qüvvələr yanlış arqumentlərlə gəncləri xəyal qırıqlığına sürükləyirlər. Ötən əsrin 90-cı illərində Azərbaycan büsbütün təlatümlər məngənəsində boğulurdu. Bir yandan Sürət Hüseynovun qiyama cəhdi, siyasi hərc-mərclik, yarıtmaz idarəçilik, digər tərəfdən ermənilərin torpaqlarımızı işğal edə-edə irəliləməsi ölkəni əməlli-başlı sarsıtmışdı. Necə deyərlər, müstəqilliyimiz təhlükə altında idi. Belə bir vaxtda az qala başını itirən, respublikanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy məcbur qalıb Naxçıvana zəng vurdu və Heydər Əliyevi mərkəzə, ölkəni xaosdan xilas etməyə yardım üçün dəvət etdi. Bu dəvəti qəbul edən Ulu Öndər, 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəldi. Altı ay Azərbaycan Ali Sovetinə rəhbərlik edəndən sonra, növbəti seçkilərdə Azərbaycan Respublikasının prezidenti seçildi. Və az qala məhv olan Azərbaycanda dövlətçiliyi bərpa etdi...

Aydındır ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə əlaqədar, ailə üzvləri Bakıya döndülər. Bax, elə o zamandan indiki prezidentimiz İlham Əliyev cənabları zəngin tərcübəsi olan bir şəxs, iqtisadiyatı dərindən bilən bir mütəxəsis kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə vitse-prezident təyin edildi və çox keçmədi ki, şirkətin birinci vitse-prezidenti oldu. O, bu vəzifədə ölkənin iqtisadi vəziyyətinin dirçəlməsində əhəmiyyətli rol oynayaraq, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etməyə başladı. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi oldu. Siyasi elmlər doktoru kimi onun bu istiqamətdə xidmətləri çox böyükdür...

Bəli, hazırda müstəqil respublikamıza rəhbərlik edən İlham Əliyev cənabları ölkəmizdə əmək fəaliyyətinə 1994-cü ildə, məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən başlayıb. Ötən otuz ildə Azərbaycan çox dəyişib. Abadlıq-quruculuq işləri göz qabağındadır. İşğal altında olan ərazilərimiz tamamilə düşmən tapdağından təmizlənib. Azad Qarabağımız bu gün inanılmaz şəkildə dirçəlir. Yeni ağıllı kəndlər, qəsəbələr tikilir, aeroportlar, müasir yollar, körpülər salınır. Bir sözlə, Azərbaycan öz bəxtəvər dövrünü yaşayır...

Deyirlər ki, dağın əzəmətini yaxşı görməkdən ötrü, geriyə çəkilmək, ona uzaqdan baxmaq lazımdır. İlham Əliyev Azərbaycan xalqının elə bir əzəmətli oğludur ki, onun qələbəsini tarix heç zaman unutmayacaq. İkinci bir yenilməz SƏRKƏRDƏNİ yetişdirmək üçün Azərbaycana ən azı üç yüz il vaxt lazımdır.

Fürsətdən istifadə edib sıravi bir qələm adamı kimi, cənab ALİ BAŞ KOMANDANI Azərbycanda əmək fəaliyyətinə başlamasının 30 illiyi münasibətilə təbrik edir, tezliklə qeyd edəcəyi Novruz bayramına- MÜBARƏKDİR!- deyirəm...

Elman Eldaroğlu