adalet.az header logo
  • Bakı -°C
19 May 2026 09:08
79
SİYASƏT
A- A+

İlham Əliyev Yaxın Şərqdəki müharibədən danışdı

Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.

Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.