İlham Əliyev Şri-Lanka prezidentinə başsağlığı verdi
Prezident İlham Əliyev Şri-Lankanın prezidenti Maytripala Sirisenaya başsağlığı verib.
Adalet.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39