İlham Əliyev Paşinyanla görüşdü - YENİLƏNİB + VİDEO
Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Adalet.az xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.
Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
***
Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycan Prezidento İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.
Adalet.az xəbər verir ki, görüş Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub.
Digər Xəbərlər
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15
"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi necə olacaqdı!?"
28 May 2026 16:36
Slovakiya Prezidenti: Azərbaycana rəsmi səfərimi səbirsizliklə gözləyirəm
28 May 2026 15:27
"Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir" - Prezident
28 May 2026 15:18
"Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28 May 2026 12:55
“Bir dəfə yüksələn bayraq bir daha enməz!” - Türkiyə MN-dən təbrik
28 May 2026 11:41


Bakı -°C

