İlham Əliyev Monteneqronun yeni prezidentini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Milo Cukanoviç Monteneqronun prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Adalet.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: "Hörmətli cənab Cukanoviç, Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır.
Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32