İlham Əliyev Makronla görüşdü - FOTOLAR + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.
Adalet.az xəbər verir ki, Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər

Zelenski Prezidentlə görüşünü PAYLAŞDI - VİDEO

“Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı...”

Ermənistan parlamenti Azərbaycanla sülh haqqında bəyanat layihəsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Meloni ilə görüşdü - FOTO

İlham Əliyev Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB

Makron İlham Əliyev və Paşinyanı TƏBRİK ETDİ

"Azərbaycan Avropa İttifaqı üçün qızıl mədənidir" - Orban
