“Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı...”
“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi ilə bağlı əsas sual budur: Onu kim(lər) və nə məqsədlə zəhərləmək istəyib? Rusiyanın kəşfiyyat strukturları Kremlin hədəf seçidiyi insanları zəhləmək təcrübəsinə malikdir. Rusiyanın xüsusi xidmət strukturları ölkə içində və xaricində müvafiq əməliyyatlar keçiriblər. Ancaq məsələ burasındadır ki, zəhələnənlər Kremlə müxalif olan şəxslər idi. Bəşər Əsəd isə Kremlin siyasi sığınacaq verdiyi və illərlə onu dəstəklədiyi şəxsdir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ilk baxışdan Kremlin onu zəhərləməsi məntiqi görünmür:
“Suriyada hakimiyyəti ələ keçirən qüvvələrin də Əsədi zəhərləmək imkanı yoxdur. Buna baxmayaraq, Əsəd Kremlə maneədir. Rusiya hakimiyyəti Bəşər Əsədə və onun ailəsinə Rusiya ərazisində sığınacaq versə də, Kreml Suriyada Əsədi devirən Əş-Şaraa hakimiyyətiylə dialoq qurub və əməkdaşlığı genişləndirmək istəyir. Elə bu gün Suriyanın Baş Qərargah rəisi, general-mayor Əli əl-Naasanın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri başlayıb, müxtəlif görüşlər planlaşdırılır. Kremlin Əş-Şaraa ilə yaxşı münasibətləri Rusiyaya bu ölkədə hərbi bazalarını saxlamağa imkan verir. Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı açıqlama və ya bəyanat verməsin. Ancaq Əş-Şaraa Moskvanın Əsədi və onun ailə üzvlərini törətdikləri cinayətlərə görə Suriyaya təhvil verməsini istəyir. Əş-Şaraanın bu istəyini yerinə yetirməyən Kreml eyni zamanda Əsədin fiziki yoxluğunda da maraqlı ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

