İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Digər Xəbərlər
17 Avqust 2026 12:06
DSX-nin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM
17 Avqust 2026 12:00
Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi
17 Avqust 2026 10:47
“Vaşinqtonun narazılığı İsrail üçün çətin geosiyasi vəziyyət yarada bilər”
17 Avqust 2026 10:30
Zəngəzur dəhlizi barədə mühüm xəbər açıqlandı - VİDEO
17 Avqust 2026 10:13
“Rusiya məsələni bitirmək niyyətin deyil...” – Politoloq
15 Avqust 2026 10:45
“Rusiya NATO-nun istənilən addımından narahatdır”
15 Avqust 2026 10:37
“Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır”
15 Avqust 2026 10:32


Bakı -°C

