adalet.az header logo
  • Bakı -°C
17 Avqust 2026 10:13
64
SİYASƏT
A- A+

“Rusiya məsələni bitirmək niyyətin deyil...” – Politoloq 

“Son günlər beynəlxalq mətbuatda Rusiya-Ukrayna arasında 5 ilə yaxındır davam edən müharibənin dayanacağı ilə bağlı fikirlər daha çox yer alsa da, tərəflərin açıqlamaları və atdıqları addımlar prosesin hələ uzun müddət dayanmayacağına işarə edir. Hər nə qədər müharibə tərəfləri arasında həm canlı qüvvə, həm də silah-sursat və hərbi texnika baxımından ciddi itkilər olsa da, təbii ki, bu müharibədə maraqlı olan tərəflər mövcud status-kvodan məmnunluğunu hiss etdirməkdədir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib. 

Onun sözlərinə görə, digər tərəfdən əsas iddialardan biri də tərəflərin artıq ciddi itkilər qarşısında geri çəkilmək istəyinin ortaya çıxmasıdır ki, bu da atılan addımlar və verilən bəyanatlarla öz təsdiqini tapa bilmir:

“The Kivy Independent məlumat paylaşıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski 12 avqust 2026-cı ildə Ukrayna Gənclər Forumunda çıxışı zamanı bildirib ki, Ukrayna və tərəfdaşlarının Putini müharibəni dayandırmağa məcbur etmək planı var.“Biz nə etməli olduğumuzu bilirik. Bu, tərəfdaşlarımızla birlikdə hazırladığımız və ona necə təzyiq göstərəcəyimizi müəyyən edən plandır”. Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışından iki gün sonra, yəni 14 avqust 2026-cı ildə Rusiya XİN başçısı Sergey Lavrov açıqlamasında bildirib ki, "Əgər indi təmas xəttində qəfil dayansaydıq, nasizmi məğlub edən babalarımızın və ulu babalarımızın qəhrəmanlığının silinməsinə icazə verərdik. Mən həmçinin "dirçəldilmiş nasizmə qarşı mübarizədə Şimal-Şərq Hərbi Dairəsinin cəbhələrində canlarını fəda edən atalarımızı, qardaşlarımızı və övladlarımızı" da əlavə edərdim. Bunu nəzərə almaq mümkün deyil. Və bu, kiminsə həyatının nə qədər rahat olması ilə bağlı deyil. Bu, Rusiya dövlətinin min illik tarixi üçün məsuliyyətimizlə bağlıdır”. 

Politoloq bildirib ki, təmas xəttində münaqişə dondurulmayacaq:

“Qərbə Ukraynaya zaman qazandırmaq üçün daha bir nəfəslik verməyəcəyik".Lavrovun Vesti verdiyi açıqlamada sərt ritorika ilə "Atəşkəs olmayacaq. Rusiya zərbələrin sərtliyini daha da artıracaq" ifadəsi Rusiyanın qəti mövqeyini ortaya qoyur. Bu açıqlaması aydın şəkildə göstərir ki, Rusiya məsələni bitirmək niyyətin deyil. Üstəlik tarixi varislik və siyasi ambisiyalar Rusiyanı dayanmağa imkan vermir. Hər iki tərəfin açıqlamasında gəlinən əsas nəticə ondan ibarətdir ki, tərəflər müharibəni dayandırmaq istəmirlər. Bunun isə iki səbəbi ola bilər. Birinci səbəb daxili siyasi, sosial-iqtisadi və digər amillər. İkincisi isə beynəlxalq vəziyyətlə bağlıdır. Yəni, üçüncü tərəflər müxtəlif imkanlardan istifadə etməklə müharibəni davam etdirmək, beləliklə də hər iki tərəfə öz maraqlarını qəbul etdirmək istəyirlər”.

Vasif ƏLİHÜSEYN