İlham Əliyev FİDE prezidentini qəbul etdi - Yenilənib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017” superturnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bildirib ki, bu cür mötəbər turnirin keçirilməsi həm Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verir və həm də regional turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. O, dünyada xeyli sayda insanın bu tədbirə böyük maraq göstərdiyini deyib.
"Shamkir Chess 2017” superturnirin əhəmiyyətinə toxunan dövlət başçısı onun artıq ənənəvi bir tədbirə çevrildiyini, şəxsən Kirsan İlümjinovun və dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakını tədbirin səviyyəsinin daha da yüksəlməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu cür mötəbər beynəlxalq tədbirlərin təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı ümumilikdə Azərbaycanın regionlarının inkişaf etdirilməsi və lazımi infrastrukturun yaradılması baxımından ölkəmizdə böyük işlərin görüldüyünü vurğulayıb.
Söhbət zamanı Azərbaycanda dövlət səviyyəsində idmana böyük qayğı göstərildiyi bildirilib və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32