İlham Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir: "Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün qardaş Türkiyə özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiyə, həmçinin dünyada və regionda cərəyan edən proseslərdə fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş etdirir.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərimizin əsasını təşkil edən müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm".
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57