adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2020 15:21
16172
SİYASƏT

İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə görüşdü

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Adalet.az-ın məlumatına görə, videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.