adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Sentyabr 2018 10:40
2689
GÜNDƏM

İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-dəBolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini,müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbuledib.


Bolqarıstanın Baş nazirininictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri KrasimirKarakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötəndövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını dedi.Krasimir Karakaçanov bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müdrikrəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər əldə edilib və o, bu münasibətlədövlətimizin başçısına təbriklərini çatdırdı.

Xoş sözlərə görə minnətdarlığınıbildirən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasındaikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıqxarakteri daşıdığını vurğuladı. Ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıqhəyata keçirdiyini bildirən dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin buişdə rolunu qeyd etdi. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunudeyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsininzəruriliyi bildirdi.

Görüşdə III "ADEX-2018” AzərbaycanBeynəlxalq müdafiə sərgisinin əhəmiyyətinə toxunuldu, Krasimir Karakaçanovun butədbirdə iştirakı ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisikimi dəyərləndirildi, onun Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsiişinə töhfə verəcəyinə əminlik ifadə olundu.