İlham Əliyev bir qrup gənci təltif edib - Sərəncam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup gəncin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısının imzaladığı sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Hüseynxan Hacızadə, Masər Həsənov, Sara Rəcəbli, Mustafa Mehmandarov, Nigar Mirzəmmədova və Allahverdi Şahverənov 2019-cu il Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Bundan başqa, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Şirinov və Umud Şirinov Azərbaycan Respublikası Prezidentinin digər bir Sərəncamına əsasən "İgidliyə görə” medalı ilə təltif ediliblər.
Dövlətimizin başçısının imzaladığı digər bir Sərəncamla isə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə Azad Cabbarov 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, Asif Əsgərli, Vüqar Qədirov və İlqar Orucov "Tərəqqi”, Vüqar İsgəndərov, Rüfət Quliyev və Kamal Nəcəfli isə "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32