adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Oktyabr 2018 14:57
16809
ƏDƏBİYYAT

«İlanlı dərənin sirri» nağılı niyə xoşuma gəldi?

Gülzar nənəmüasir uşaq ədəbiyyatınıncəfakeşlərindənbiridir. Bu sahədəartıq tanınır, sevilir, hərşeydən əvvəl,balaca oxucuların, məktəblilərinsevimlisinə çevrilib.Neçəildir ki, «Sehirli dünya» adlı çox qəşəng,nəfis tərtibatlajurnal nəşr edir.Onun uşaq ədəbiyyatıilə bağlı yazdığı əsərlərhətta xarici ölkələrdədə rəğbətləqarşılanır. Dahi rus tənqidçisiV.Q.Belinskinin məşhur bir kəlamıyada düşür: «Uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdır». Gülzar nənəeləəlinəqələmalan gündən ancaq uşaqlar üçünyazır. Bu baxımdan mə nonu XanımanaƏlibəyliyəbənzədirəm.O da bütün ömrü boyu ancaq uşaqlar üçün yazlı, özü dəgözəl yazdı.

Bu yaxınlarda Gülzar nənəmənə«İlanlı dərəninsirri» adlı bir kitabını bağışladı. Dedi ki, bir hekayəvar, onu oxu, bir tənqidçi kimifikrini bildir. Bu hekayəbarədəxeyli mübahisələryaranıb, məni nahaqdansuçlandırırlar, guya Azərbaycanmentalitetinə yabançı bir səhnətəqdim etmişəm.

«İlanlı dərəninsirri» nağılıydı bu. Oxudum. Xoşuma gəldi.Nəyəgörə?

Birincisi; hərbir bədii əsər,istər şeir olsun, istərhekayə, istərsədə dram əsəri,ilk növbədə,dilinin təmizliyi ilədiqqəti cəlbetməlidir. Yaşından asılı olmayaraq hərbir oxucunun qəlbinəyol tapmaq istəyirsənsə,öz doğma ana dilinə, onun incəliklərinəyiyələn,hamı səni başa düşsün.Gülzar nənəninbu müasir nağılı da öz dilinin şəffaflığıilə tərifəlayiqdir.

İkincisi; Nağılda müəyyənməzmun vəideya olmalıdır. Bu nağılda dao var. Müəllif keçmişdə baş vermiş ata-oğul münaqişəsindən sözaçır. Məkrli birqadının-şahın yeni zövcəsinin hiyləsilə oğul-Quzu Təkin şərə, böhtana düşür. O, bu ləkəni üzərindən götürmək üçün İlanlı dərəyə yol alır. Günahsız olduğu üçün ilanlar onu çalmı rvə o, geriyə-atasınınyanına qayıdır. Haqq-ədalət öz yerini tutur.

Üçüncüsü; Bu nağıl təkcə uşaqlarüçün yazılmayıb, burada yaşlı insanların da oxuyacağı, mənimsəyəcəkləri çox həqiqətlər var. Məgər oaldanışlar, o hiylə-şər bu gün-qloballaşma əsrində də davam etmirmi? Ona görə də, bu müasir nağıl həm uşaqlar üçün, həm də böyüklər üçün yazılıb. Və oxucu kontingentini qoyaq bir qırağa, «İlanlı dərəninsirri» hər şeydən əvvəl bədii əsərdir.Bu əsərə münasibətdə də bu faktınəzərə almaqlazımdır.

Dördüncüsü; Nağılda belə bir səhnə var ki,oğlanın analığı –ağ bədənli, qara saçlı, alışıb-yanan gözləri iilədoğruldanda gözəllər gözəli olan bu qadın istəyir ki, Quzu Təkin onun yorğanına girsin. Amma oğlan onun hiyləsini başadüşür, bu mələyin iblisolduğunu dərk edir. «Sən atamınnamususan» deyir. Əgər Quzu Təkin analığının təklifini qəbul etsəydi, onda bu nağılın heç bir əxlaqi-tərbiyəvi əhəmiyyətiolmazdı. Bir də ki, Azərbaycan nağıllarında, eləcə də bədii əsərlərdə bu tipli hadisələırə təsadüf etmişik və əksəriyyətində də o əsərin qəhrəmanları sınaqdan uğurla çıxıblar.Ona görə də Gülzar nənəni bu məsələyə görə məhkəməyə çəkmək, onuqınaq hədəfinə çevirmək məntiqə sığmır.

Mən Gülzar nənənin bu müasir nağılını təqdir edirəm və inanıram ki, gec-tez onu qınayanlar da məsələyə obyektivyanaşacaqlar.