adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Noyabr 2015 16:33
6646
MARAQLI

İlanların niyə ayağı yoxdur?

İlanlarınniyə ayağı yoxdur? Bəlkə uşaqcasına səslənən bir sualdır, düzü bu sualı uşaq adama versə, üstünə çımxırmaq olar. Amma bu sualı verən azyaşlılar deyil, tədqiqatçıalimlərdir. Məsələ burasındadır ki, əksər sürünənlər xırda və ya hərkətsiz dəolsa ayaqlara malikdirlər. Bu sual əsasında aparılan araşdırmalardan belə məlumolub ki, əvvəllər düşünüldüyü kimi ilanlar suda həyata uyğunlaşmağa görə deyil,yuva həyatına alışmaq üçün ayaqlarını itiriblər. Sual yarana bilər ki, axı o qədəryuvada yaşayıb möhtəşəm ayaqları ilə iftixar edən heyvanlar var ki! Niyə ilanbu zövqdən məhrum olunsun ki? Məsələ burasındadır ki, ilan yuvası elə özü kimidar dəliklərdən ibarət olur. Əsas qidalanma və məskunlaşma da məhz bu dəlik-yuvalarvasitəsilə baş tutur, ona görə də rahat həyat şəraiti üçün ilanlar zamanlaayaqlarından keçməli olublar.

Tədqiqatçılar90 milyon il bundan qabaq yaşamış ilanın skeleti üzərində aparılmış araşdırmalarəsasında bu qərara gəliblər. Araşdırma zamanı daxili qulağın quruluşu diqqət çəkib. Məlum olub ki, daxili qulağın forması məhzdəlik qazmaq üçün və bu zaman eşidilə bilən ən xırda səsləri tutmaq üçünformalaşıb. Halbuki müasir ilanlarda daxili qulaq tamamilə başqa cürformalaşıb.